SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtda Prezident təqaüdünə layiq görülən tələbələrlə görüş olub

4-10-2017, 14:23 | Oxunub: 7 073 |

 Sumqayıtda Prezident təqaüdünə layiq görülən tələbələrlə görüş olub

Şəhər Gənclər və İdman Baş İdarəsində 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən sumqayıtlı gənclərlə görüş keçirilib.

Emtv.az xəbər verir ki, bu gün Baş idarədən bildirilib ki, ali məktəblərə yüksək balla daxil olan tələbələri şəhər gəncləri və idman ictimaiyyəti adından Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov təbrik edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələr kimi, gənclər və idman sahələrinə də daim diqqət və qayğı ilə yanaşıb, gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıb. Prezident İlham Əliyev gənclərin fəallığının, təşəbbüskarlığının, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artırılması, savadlı və fiziki cəhətdən sağlam böyüməsi, dünyanın nüfuzlu ali məktəblərində təhsil alması, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi məqsədilə Dövlət Proqramları imzalayıb.

Bildirilib ki, gənclərlə iş və idman sahəsi şəhər rəhbərliyinin də daim diqqət mərkəzindədir. Hər il ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin, şəhərin fəal gənclərinin, həmçinin idmançıların və onların məşqçilərinin mükafatlandırılması buna əyani misal ola bilər. Son iki ildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə yeni sosial obyektlərin verilməsi şəhərin ayrı-ayrı komandalarının intellektual və idman yarışlarında, rəsm və musiqi müsabiqələrdə uğur qazanmasına müsbət təsirini göstərir. Şəhər rəhbərliyinin təşəbbüsü ilə gənclər arasında könüllülük fəaliyyəti genişləndirilib, gənclərin asudə vaxtı səmərəli keçirməsi üçün tədbirlər görülüb. Gənclər və İdman Baş İdarəsi də müvafiq dövlət qurumları və ictimai təşkilatlarla birgə bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması üçün məqsədyönlü iş aparır.

Sonra çıxış edən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov, Təfəkkür Liseyinin müəllimi Pərviz Əliyev, Prezident təqaüdçüsü, qəbul imtahanlarında 700 bal toplayan Eldar Əfəndiyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Prezident təqaüdünə layiq görülən tələbələrə hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Emtv.az
 Sumqayıtda Prezident təqaüdünə layiq görülən tələbələrlə görüş olub

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR