SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“S-400 sistemlərinin kodlarını Türkiyəyə verməyəcəyik” – Rusiya mətbuatı

3-10-2017, 15:41 | Oxunub: 5 647 |

“S-400 sistemlərinin kodlarını Türkiyəyə verməyəcəyik” – Rusiya mətbuatı

Rusiya Türkiyəyə satacağı S-400 HHM sistemlərinin daxili mexanizminə müdaxilə haqqını vermək tələbələrini rədd edib.

Emtv.az xəbər verir ki, bu iddia ilə Gazeta.ru saytı çıxış edib. Qəzetə məlumat verən mənbə məsələ barədə bu sözləri deyib:

“S-400 sistemlərinə aid elektron kodların hamısını və daxili mexanizmi Türkiyəyə verməyəcəyik. Müqaviləyə görə, texniki təmir işlərini ancaq biz görəcəyik. Onlar isə bu sistemin içini açmayacaq”.

“Sputnik” agentliyinə adını açıqlamaq istəməyən mənbə Türkiyəyə satılacaq S-400 sistemləri üçün hədəflərin hansı ölkəyə məxsus olduğunu müəyyən edən radarın da Rusiya tərəfindən qurulacağını bildirib:

“Türklərin S-400 sisteminin daxili mexanizmlərini görmək tələbini yerinə yetirməyəcəyik. Belə ki, sistemlərin içərisinə bir cismin düşmənə yaxud, sizin ölkənizə aid olduğunu göstərən Rusiya istehsalı radar sistemi qurulacaq. Türklər kodları və nəzarəti onlara verməmizi istədilər. Ancaq biz bunu rədd etdik”.

Rusiya Təhlükəsizlik, Müdafiə və Hüquq məsələləri Akademiyasının sədr müavini Viktor Yesin Gazeta.ru-ya verdiyi müsahibədə HHM sistemlərinin daxili mexanizminə giriş icazəsinin verilməməsinin bu silahların ixracatı prosedurasında adi bir qayda olduğunu bildirib:

“Ölkələr arasında satınalma müqaviləsi bağlandıqda, satın alan tərəfin sistemləri özünü sökməsi hüququ verilməz. Xidmət işləri sadəcə bizim mütəxəssislərimiz tərəfindən icra edilir. Belə ki, satın alan tərəf sistemləri üçüncü ölkəyə satmamaq və ya sistemdə dəyişiklik etməmək öhdəliyi götürür. Onlara bu sistemlərin necə istehsal olunmasına dair sənəd də verilməz”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR