SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtdakı polislərin yaralandığı silahlı hücumla bağlı rəsmi açıqlama

28-09-2017, 15:38 | Oxunub: 10 066 |

 Sumqayıtdakı polislərin yaralandığı silahlı hücumla bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Emtv.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Sumqayıtda silahlı şəxsin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Əslində, dünən saat 18.00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində şəhər sakinləri, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən xuliqanlıq, qəsdən sağlamlığa zərərvurma, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və digər maddələrlə dəfələrlə məhkum olunmuş Səbuhi Xəlilov və Nurlan Əbilov ictimai qaydanı kobud şəkildə pozaraq bir-birinə bıçaqla xəsarət yetiriblər. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları onları nizam-intizama dəvət etmək və sakitləşdirmək istəyərkən həmin şəxslər polisə də silahlı müqavimət göstərməyə cəhd ediblər, lakin polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində onlar zərərsizləşdirilərək polis bölməsinə aparılıb”.

O. Mansurzadə həmçinin qeyd edib ki, keçirilən ekspertiza nəticəsində saxlanılan hər iki şəxsin sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər Prokurorluğuna göndərilib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxsin vətəndaşlara və polis əməkdaşlarına hücum etməsini özündə əks etdirən video görüntülər yayılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR