SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Piyadanı öldürən avtobus sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

16-09-2017, 13:24 | Oxunub: 8 517 |

Piyadanı öldürən avtobus sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ötən gün Yasamal rayonu ərazisində yol qəzası hadisəsi baş verib.

Emtv.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlunun 39 saylı avtobus marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobusla A.Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vuraraq öldürüb. Özü isə hadisə yerindən qaçıb. H.Saatovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H.Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

İstintaq zamanı H.Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi müəyyən edildiyindən əməl Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

H. Saatov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sürücülük vəsiqəsi olmayan, əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş adamı sürücü işinə götürən 39 saylı marşrut xəttinin sahibi cəzasız qalacaq? Yoxsa 50-60 min manat rüşvət verəcək və adamları qırmağa davam edəcək?

Maraqlıdır, sürücülük vəsiqəsi olmayan, əvvəllər yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş adamı sürücü işinə götürən 39 saylı marşrut xəttinin sahibi cəzasız qalacaq? Yoxsa 50-60 min manat rüşvət verəcək və adamları qırmağa davam edəcək?

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev müxbirimizlə söhbətində “Hadisə ilə bağlı hələ ki, istintaq araşdırması davam edir” deyib:

“Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyi qeyd edim ki, hər zaman işində səhlənkarlıqla yol verən, sərnişinlərin həyatını təhlükəyə atan daçıyıcılara və sürücülərə münasibətdə hər zaman barışmaz mövqedə olub.

39 saylı marşrut xəttinin istismarını həyata keçirən sürücüyə də qarşı eyni mövqedəyik. Yaxən vaxtlarda görülən tədbirlərlə bağlı rəsmi açıqlama veriləcək”.

Aytən

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR