SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

14-09-2017, 17:54 | Oxunub: 10 112 |

AMEA Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin aparıcı əməkdaşlarının - Elxan Məmmədovun “Eynəli bəy Sultanov və folklor”, Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor”, Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi”, Ramiz Qasımovun və Zülfiyyə İsmayılın həmmüəllifi olduqları “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.

Emtv.az xəbər verir ki, bölmənin informasiya şöbəsindən bildirilib ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək institut əməkdaşlarının son illərdə müxtəlif istiqamətlərdə sanballı еlmi əsərlər, o cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.

Təqdimat mərasimində institutun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, filologiya üzrə fəlsəfə doktorları Zülfiyyə İsmayıl, Əli Həşimov və Nuray Əliyeva geniş məruzə ilə çıxış edib, yeni nəşrlərin əhəmiyyətini vurğulayıblar.

Məruzələr ətrafında bölmənin elmi katibi Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktorları Rəşad Zülfüqarov, Aygün Orucova və institutun əməkdaşı Vəfa Qasımova ictimaiyyətə təqdim olunan monoqrafiyaların üstün cəhətləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR