SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan: “Türkiyə və Azərbaycan gələcəkdə də həmrəy şəkildə addımlayacaq”

14-09-2017, 16:49 | Oxunub: 8 060 |

Ərdoğan: “Türkiyə və Azərbaycan gələcəkdə də həmrəy şəkildə addımlayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Emtv.az AzərTAc-a istinadən məktub bu gün imzalanan neft müqaviləsi ilə bağlı dövlət başçısına və müqavilənin imzalanma mərasimində iştirak edən tədbir iştirakçılarına ünvanlanıb. Məktubda deyilir:

“Dəyərli qardaşım.

Hörmətli tədbir iştirakçıları.

Sizi ən səmimi duyğularla və hörmətlə salamlayıram.

“Əsrin müqaviləsi” olaraq adlandırılan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.

1994-cü il sentyabrın 20-də Azərbaycan ilə “Türkiyə Petrolları” şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında imzalanan müqavilənin uzadılmasını təmin edən Zati-aliləri cənab Prezidenti və bütün aidiyyəti şəxsləri ürəkdən təbrik edirəm.
Bu tarixi müqavilə və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin hasilatına və dünya bazarına təhlükəsiz şəkildə nəqlinə imkan yaradıb.


Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.
Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir.
Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi “Şahdəniz-1” və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib.

Sonda, “Şahdəniz-2” və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq.
“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar.


Bu münasibətlə dəyərli dostum Prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarıma ən dərin sevgilərimi çatdırıram”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR