SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sərkisyan Sərkisyana dedi – “Kişisənsə verdiyin vədi yerinə yetir…”

9-09-2017, 17:17 | Oxunub: 6 146 |

Sərkisyan Sərkisyana dedi – “Kişisənsə verdiyin vədi yerinə yetir…”

Ermənistanda gələn ilin aprelində səlahiyyət müddəti başa çatandan sonra prezident Serj Sərkisyanın nə işlə məşğul olacağına dair müzakirələr qızışıb.

Virtualaz.org erməni mənbələrinə istinadla xəbər verir ki, bu barədə müxtəlif məlumatlar var. Versiyalardan birinə görə Serj Sərkisyan prezident postunun ləğv olunmasından sonra Təhlükəsizlik Şurasının sədri olacaq, baş nazir isə indiki kimi Aram Karapetyan qalacaq. Lakin Qarabağda müharibə başlasa o zaman Sərkisyan ali baş komandan və baş nazir səlahiyyətlərini üzərinə götürəcək.

Müxalif “Çıxış” blokundan deputat, keçmiş baş nazir Aram Sərkisyan deyir ki, prezident Sərkisyanın gələcək planlarına mane olmaq hələlik onların planlarına daxil deyil. Bununla belə Sərkisyan əlavə edib ki, onların bloku Serj Sərkisyanın baş nazir postunu tutmaqla hakimiyyətini uzatmasına qəti qarşıdır.

Aram Sərkisyana görə Serj Sərkisyan hələ baş nazir postunu tutmaq planlarını elan etmədiyinə görə onlar hansısa aktiv hərəkətə əl atmaq istəmirlər. Lakin zərurət yaransa onlar Sərkisyanın bu planını pozmaq üçün insanları küçələrə çıxaracaqlar.

Keçmiş baş nazir deyib ki, Serj Sərkisyan heç olmasa bu dəfə vədini yerinə yetirib 2015-ci il konstitusiya referendumu ərəfəsində dediyi kimi nə baş nazir, nə spiker, nə də digər dövlət postunu tutmalı deyil. Çünki Qarabağ problemi mövcud olan Ermənistan üçün hakimiyyətin bu cür forması qətiyyən qəbuledilməzdir.

“Mən çox istərdim ki, Sərkisyan bunu başa düşsün. İndiki prezident referendumun təşviqat kampaniyasında dönə-dönə deyirdi ki, bu referendum onun hakimiyyətinin ömrünü uzatmaq üçün keçirilmir. Deyirdi ki, onun qətiyyən belə məqsədi yoxdur və referendum Ermənistanda demokratiya üçün keçirilir. Açıq deyib ki, o, nə baş nazir, nə parlament sədri, nə prezident olmayacaq. Mən çox istəyirəm ki, Serj Sərkisyan bu dəfə vədini yerinə yetirsin. Kişi kimi deyibsə ki, olmayacaq, deməli olmasın, sözünə əməl etsin. Yox, o, vəzifədə qalmaqda davam edəcəksə deməli xalqı aldadıb”-Aram Sərkisyan deyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR