SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ – RUSIYA DIPLOMATIK MÜHARIBƏSİ GENİŞLƏNİR – Moskvanın cavab gedişi nə olacaq?

7-09-2017, 13:33 | Oxunub: 6 363 |

ABŞ – RUSIYA DIPLOMATIK MÜHARIBƏSİ GENİŞLƏNİR – Moskvanın cavab gedişi nə olacaq?

Keçən həftə ABŞ və Rusiya arasındakı diplomatik müharibənin səs tonu bir qədər də yüksəldildi.Amerikanlar təkcə rus diplomatlarından San- Fransiskodakı baş konsulluğun tərk olunmasını tələb etmirdilər.Onlar həmçinin Vaşinqton və Nyu- Yorkdakı ticarət nümayəndəliyinin də tərk olunmasını tələb etmişdilər.Diplomatlar binanı tərk etdikdən sonra Federal Təhqiqat Bürosunun əməkdaşları orda axarış həyata keçiriblər. Emtv.az-ın məlumatına görə, bu fikirlər Latviyanın “Diena” nəşrindəıyer alan “Geniş qarşıdurma” başlıqlı məqalədə əks olunub.Məqalədə daha sonra bildirilir.

“Diplomatik müharibə hələ Barak Obama Amerikadan 25 rusiyalı diplomatın çıxarması ilə başlamışdı.O həmçinin Moskvanın diplomatik missiyasının mülkiyyətindəki iki obyektə girişə qadağa qoymuşdu.
ABŞ prezidenti Donald Tramp avqustun əvvəlində Rusiyaya qarşı yeni sanksiyalar barəsində qanun layihəsini imzalyandan sonra, Kreml cavab verməkdə uzun müddət ləngidi.

Hazırda Vaşinqtona cavab olaraq, Moskva amerikanlara Rusiyanın ABŞ-dakı diplomatik missiyasının əməkdaşlarının sayı qədər əməkdaş saxlamağa icazə verir,qalanları ixtisarə salınmalıdır.Yəni 755 nəfərdən artıq diplomatik əməkdaş saxlamaq olmaz. Buna cavab olaraq isə ABŞ qeyri-müəyyən vaxtadək Rusiyaya turist vizasının verilməsini dayandırıb.
İndi top Rusiya tərəfdədir və Moskvanın buna qarşı cavab gedişi edəcəyinə şübhə yoxdur. Çox ehtimal ki, Moskva ABŞ-ın Yekaterinburqdakı konsulluğuna girişi bağlayacaq.

Diplomatik müharibə bundan sonra da davam edəcək. Həm də, ona görə ki, iki böyük dövlət arasındakı münasibətlər bundan da pis vəziyyətə düşə bilməz. Həmçinin ona da diqqət etmək gərəkdir ki, ABŞ və Rusiya arasındakı iqtisadi əməkdaşlıq (deməli münaqişədən dəyən ziyan) çox da böyük deyil. Bu isə hər iki tərəfə prinsipiallıq göstərməyə əlavə stimul verir.

ABŞ – RUSIYA DIPLOMATIK MÜHARIBƏSİ GENİŞLƏNİR – Moskvanın cavab gedişi nə olacaq?

Belə səviyyədəki diplomatik müharibənin nəticələrindən asılı olmayaraq, baş verən qarşıdurma ABŞ və Rusiya münasibətləri çərçivəsindən kənara çıxır. Baş verən hadislər və daxili siyasi münaqişlər üzündən Donald Tramp Rusiyaya qarşı bəslədiyi ilkin niyyətlərindən əl çəkməyə məcbur olub.Çünki prezidentin xeyir-duası olmadan bu cür mühüm qərarların verilməsi mümkün deyil.
Müvafiq surətdə həmçinin Çin və Rusiyanın yerlərini dəyişmək şərtiylə, keçmiş dövlət katibi Henri Kissincerin əfsanəvi diplomatik gedişlərini təkrarlamaq cəhdi də uğursuzluğa düçar oldu. 1970 –ci illərdə Kisincer Sovet İttifaqına qarşı ABŞ və Çin arasında dostluq müqaviləsi bağlamağa müəssər olmuşdu.
Ümumiyyətlə belə bir dostluğun mümükünlyü isə, başqa bir məsələdir.Amma hər halda məhz ABŞ-ın başlıca strateji oponentinin obyektiv şəkildə Çin olmasına baxmayaraq, Trampa Rusiya ilə yaxınlaşmağa cəhd göstərməyə belə imkan vermədilər.
Bunlardan əlavə de-fakto Çin-Rusiya strateji alyansı yaranıb. Mahiyyət etibarıyla ABŞ və digər iki böyük güc arasında eyni zamanda geniş miqyaslı qarşıdurma artıq başlayıb.Çin və Rusiya alyansına həmçinin İran başda olmaqla digərləri də qoşulur. Bu qarşıdurma çərçıvəsində iqtisadi və siyasi ziyanları, özünü ABŞ-ın müttəfiqi sayan ölkələr də ödəməli olacaqlar”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR