SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində payız-qış mövsümünə hazırlıqla əlaqədər müşavirə keçirilib

6-09-2017, 14:27 | Oxunub: 9 173 |

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində payız-qış mövsümünə hazırlıqla əlaqədər müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, müşavirədə komitənin sədri Bəxtiyar İsmayılov çıxış edib. Komitə sədri bildirib ki, standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verilməməsi, bu barədə istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması barədə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə iş planı təsdiq edilib. İş planına uyğun olaraq aidiyyatı orqanların nümayəndələri ilə birgə muxtar respublikada bu istiqamətdə fəaliyyət göstərən 126 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb.

Bəxtiyar İsmayılov bildirib ki, 28 təsərrüfat subyektində maye yanacaq və odun sobalarının satışı həyata keçirildiyindən müvafiq sobalardan qaz sobası qismində istifadənin insan həyatı üçün təhlükəli olmasına dair məlumatları əks etdirən maarifləndirici yarlıqların sobaların üzərinə vurulması təmin edilib. 19 təsərrüfat subyektində təhlükəsizlik sistemi, Azərbaycan dilində istifadə təlimatı və keyfiyyəti təsdiqləyən müvafiq müşayiətedici sənədləri olmadığından 48 mətbəx üçün qaz pilətəsi satışdan çıxarılıb, bunlardan 20 ədədinin istehsalçı ölkəyə geri göndərilməsi təmin olunub. Komitə sədri təhlükəsizlik sistemi olmadığından 1 ədəd mətbəx üçün qaz pilətəsi, sənaye üsulu ilə hazırlanmayan 14 ədəd qaz başlığı və 1 ədəd elektrik su qızdırıcısının satışdan çıxarıldığını da deyib.

Komitənin Metrelogiya şöbəsinin müdiri Ceyhun Əliyev məruzə ətrafında çıxış edərək payız qış mövsümünə hazırlıqla bağlı məlumat verib.

Müşavirəyə komitə sədri Bəxtiyar İsmayılov müşavirəyə yekun vuraraq Muxtar respublikaya idxal olunacaq qaz cihazlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Məişət qaz avadanlıqlarının sınaq laboratoriyası”nda yoxlamadan keçdikdən sonra idxalına, satışına və istismarına icazə veriləcəyini bildirib. Komitə sədri kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və məqalələrin hazırlanması və digər məsələlər üzrə konkret tapşırıqlar verib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR