SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş prezident daha bir maddə ilə İTTİHAM OLUNUR

6-09-2017, 14:20 | Oxunub: 4 942 |

Keçmiş prezident daha bir maddə ilə İTTİHAM OLUNUR
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə bağlı daha bir cinayət işi açılıb.

Emtv.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Yuri Lutsenko informasiya yayıb.

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2010-cu ildə konstitusion çevriliş etməklə dövlət başçısının səlahiyyətlərini qanunsuz olaraq genişləndirməkdə günahlandırılıb. Bununla bağlı açılan cinayət içində eks-prezidentin vəzifə səlahiyyətlərini genişləndirərək, parlamentin ölkə idarəçiliyində rolunu aşağı salmağa çalışdığı bildirilib. Viktor Yanukoviçlə yanaşı keçmiş ədliyyə naziri Aleksandr Lavrinoviç də ittiham olunanlar sırasında yer alıb.

Qeyd edək ki, Viktor Yanukoviçlə bağlı daha əvvəl dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR