SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda cari il ərzində 14 müxtəlif təyinatlı layihəyə 389 min 600 manat maliyyə dəstəyi göstərilib

6-09-2017, 13:20 | Oxunub: 6 087 |

Naxçıvanda cari il ərzində 14 müxtəlif təyinatlı layihəyə 389 min 600 manat maliyyə dəstəyi göstərilib

2017-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 14 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 389 min 600 manat maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 2017-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 24 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb.

Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına 15 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.

Qeyd edək ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən qurulan istehsal müəssisələrində 121 növdə, 534 çeşiddə ərzaq, 250 növdə, 848 çeşiddə qeyri-ərzaq olmaqla cəmi 371 növdə, 1382 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 237 növdə qeyri-ərzaq olmaqla 344 növdə məhsula olan tələbatın yerli istehsal hesabına keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Qeyd edək ki, Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatı da dövlətdən götürdüyü güzəştli kreditlər hesabına fəaliyyətini genişləndirilən müəssisələrdəndir. Artıq təsərrüfatda yumurta istehsalına da başlanılıb. Bunun üçün burada quşçuluq təsərrüfatı yaradılıb. Həmçinin bu il təsərrüfatda plastik tara istehsalı sahəsi də yaradılacaq.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR