SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ali məktəblərə qəbul olunmuş gənclərin bir hissəsi təhsildən imtina etdi – SİYAHI

6-09-2017, 13:10 | Oxunub: 7 603 |

Ali məktəblərə qəbul olunmuş gənclərin bir hissəsi təhsildən imtina etdi – SİYAHI
Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı artıq başa çatıb. Adətən, tələbə adını qazanmalarına baxmayaraq, bəzi abituriyentlərin qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçmədiyini müşahidə edirik. Maraqlıdır, bu il universitetlərdə vəziyyət necədir? Ali təhsil müəssisələrinin ayırdığı plan yerləri dolubmu? Qəbul olunduğu ali məktəbdə oxumaqdan imtina edən tələbələr varmı?

Emtv.az xəbər verir ki, modern.az bu suallarla bir neçə özəl və dövlət universitetinə müraciət edib.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli: “Bu il universitet qəbul imtahanları ilə bağlı 1420 plan yeri ayırıb. Birinci mərhələdə 1333 abituriyent ali məktəbimizə qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov: “2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6% yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq, ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6%-ni təşkil edir. Müqayisə üçün bildirim ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub. Ötən ildən fərqli olaraq, bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. 2017-2018-ci tədris ili üçün “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i 500 və 500-dən çox bal toplayıb.

Eyni zamanda yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195 nəfər, Quba filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Universitetin 5 filialı üzrə 18 nəfər 500 və 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb”.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidməti: “Bu il tələbə qəbulu üçün plan yerimiz 1725 idi. Azərbaycan Memarlıq və İnşaat Universitetinə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər oldu”.

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov: “Builki qəbul imtahanları ilə bağlı Qərb Universiteti olduqca yüksək nəticələr göstərib. Təkcə bakalavr pilləsinə 650-yə yaxın tələbə qəbul olunub. Bu, təxminən 70 faiz göstərici deməkdir. Eyni zamanda, qeydiyyatdan keçməyənlər də oldu, onların sayı cəmi 45 nəfər idi”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev: “2017/2018-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planına əsasən, Bakı Avrasiya Universitetində bakalavr səviyyəsinə plan yeri 93 faiz dolub. Bu il müxtəlif ixtisaslar üzrə universitetə 480 yer ayrılıb. Həmçinin, qeyd etməliyəm ki, 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR