17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar yığıncaq keçirilib
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasına həsr olunan yığıncaq keçirilib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açdıqdan sonra texniki istehsalat şöbəsinin rəisi Xalid Məmmədov dəmiryol sahəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə çıxış edib.
Xalid Məmmədov bildirib ki, Culfa stansiyasında müasir tələblərə cavab verən yeni istismar vaqon deposunun tikintisi davam etdirilir. Culfa bərpa qatarında bütün texnikalara baxış keçirilib, onların saz vəziyyətdə saxlanılması və qorunması üçün müvafiq tədbirlər görülüb. Naxçıvan yanacaq anbarında, Şahtaxtı və Şərur stansiyalarında yağ və su nasoslarında, elektrik xətlərində, qurğu və avadanlıqlarda profilaktiki təmir işləri həyata keçirilir.
Yığıncaqda cəmiyyətin şöbə rəisi İslam Məmmədov, Yük və Sərnişin Daşımaları İdarəsinin rəis əvəzi Mübariz Allahverdiyev, İnfrastruktur İdarəsinin rəisi Mərdan Hacıyev çıxış edərək payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat veriblər.
Mahir Əliyev tapşırıqların yerinə yetirilməsi istiqamətində görüləcək işləri ətraflı təhlil edib və bildirib ki, dəmiryolçular bu tapşırıqları vaxtında yerinə yetirməklə 2017-2018-ci illərin payız-qış mövsümünü mütəşəkkilliklə başa vuracaqlar.
Emtv.az