17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Abituriyentlər üçün VACİB XƏBƏR - Nəticələr AÇIQLANDI
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, boş qalan 3157 plan yerinin müsabiqəsində iştirak etmək üçün 2374 abituriyent ərizə təqdim edib. Onlardan 1701 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olunan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları sentyabrın 1-də "Abituriyent" jurnalının xüsusi buraxılışında çap olunacaqdır.
Qəbul olunanlar sentyabrın 6-dan 13-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Emtv.az