SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Babək rayonunda qışa hazırlığın vəziyyəti müzakirə edilib

30-08-2017, 15:16 | Oxunub: 6 532 |

Babək rayonunda qışa hazırlığın vəziyyəti müzakirə edilib
Babək rayonunda 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, müşavirəni rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov açıb. İcra başçsı qeyd edib ki, rayonda yeni tikilmiş 72 evə qaz xətti çəkilib, rayon ərazisində korroziyaya uğrayaraq sıradan çıxmış 2919 metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 1325 sızma hadisəsi aradan qaldırılıb.

Qeyd olunub ki, rayon mərkəzində yerləşən 41 təşkilatdan 38-i qazanxana ilə, 3 təşkilat təbii qazla qızdırılacaqdır. Bununla yanaşı 4 mərtəbəli inzibati bina və 5 mərtəbəli 60 mənzilli yaşayış binası da qazanxana ilə qızdırılacaqdır.

Qarşıda duran vəzifələrdən də danışan icra başçısı deyib ki, rayon elektrik şəbəkəsi 2017-2018-ci ilin payız-qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin etməsi məqsədi ilə elektrik avadanlıqlarının normal işləməsinə və elektrik verilişi xətlərinin sazlığına diqqəti artırmalıdır. Mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi oktyabrın 20-dək başa çatdırmalıdır.


Qeyd olunub ki, Babək Rayon Kommunal Müəssisələr Kombinatı Babək qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasının giriş qapılarının və pəncərələrinin, zirzəmisindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlığını araşdırıb müvafiq tədbirlər görməlidir.

Sonra məruzə ətrafında çıxışlar olub. Müşavirədə verilən tapşırıqların icrası məqsədi ilə müzakirələr aparılıb, konkret tapşırıqlar verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR