SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tələbələr üçün nəqliyyatda güzəşt olacaq — YENİLİK

30-08-2017, 14:51 | Oxunub: 4 421 |

Tələbələr üçün nəqliyyatda güzəşt olacaq — YENİLİK
Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir.

Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər. Bəs Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?

Emtv.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda tələbələr üçün güzəşt kartı var. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müəyyən danışıqlar aparılır:

"Bilirsiniz ki, mən həm də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədriyəm. Bizim işimiz mütəmadi olaraq tələbə məsələləri, tələbələrin asudə vaxtının saəmərəli təşkili, onların qarşısına çıxacaq problemlərin həlli istiqamətində fəaliyyət göstərməkdir. O cümlədən tələbələr üçün müxtəlif layihələr həyata keçiririk. Buna görə biz ölkədə fəaliyyət göstərən bir sıra rəsmi qurumlar, özəl şirkətlərlə əməkdaşlıq edirik.
Tələbələrə güzəştlə bağlı məsələlərə gəldikdə bunun xaricdə ən geniş yayılmış növü tələbə kartlarıdır. Xaricdə olan tələbələr bu kartdan istifadə edərək uzunmüddətli endirim əldə edirlər. Azərbaycanda 2015-ci ilin aprel ayında bir qrup gəncin ölkə prezidenti ilə görüşü olmuşdu. Həmin görüşdə tələbə endirim kartlarının təklifi verilmişdi.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən bütün tələbələrə dövlət hesabına tələbə endirim kartları paylanıldı. Bu kartlar özündə müxtəlif məkanlarda endirimləri birləşdirdi. Endirimlər təqribən 5 faizdən 50 faizə qədər idi. Layihənin tərəfdaları Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı idi. Qeyd etmək istəyirəm ki, layihə həm də beynəlxalq xarakter daşıyır. Bu layihədə Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə Azərbaycan tələbə kartından ölkə ilə yanaşı, Avropada da istifadə etmək mümkündür”.


Ş.İsmayılov qeyd edib ki, artıq 10 minə yaxın tələbəyə Azərbaycan tələbə kartı paylanılıb: "Ötən il tələbə kartının yeni dizaynının təqdimatını həyat keçirdik. Həmin vaxtdan bu yana bizə artıq 20 minə yaxın müraciət daxil olub. Həmin müraciətlərə əsasən, 10 minə yaxın kart hazırlanıb tələbələrə paylanılıb. Sentyabrdan kartların tələbələrə verilməsinin yeni mərhələsi başlayacaq. Kartın yenilənmiş versiyasında biz tələbələrin daha çox üz tutacağı məkanları onlar arasında keçirdiyimiz sorğu əsasında müəyyənləşdirdik. Bu məkanlarla müqavilələr bağladıq. O cümlədən "Azərbaycan Tələbə Kartı” layihəsi çərçivəsində tələbələrə "Azərfon” şirkəti tərəfindən verilən "Nar” nömrələri də təqdim edilir. Bu davamlı prosesdir və sentyabrdan etibarən məkanların siyahısını genişləndirməyi düşünürük. Həmçinin, yarana biləcək texniki məsələlərin həlli istiqamətində fəaliyyət göstərəcəyik. Hazırda bir sıra qurumlarla danışıqlar gedir”.

Deputat bildirib ki, bu istiqamətdə ciddi işlər görülür: "Biz artıq bir neçə müddətdir ki, bu məsələ üzərində ciddi şəkildə danışıqlar aparırıq. Həm hava nəqliyyatı, həm avtobusla sərnişindaşıma şirkətləri, həm də digər nəqliyyat qurumları ilə danışıqlarımız başlayacaq. Əlbəttə, burada Tarif Şurasının mövqeyi vacibdir. Bu barədə biz rəsmi müraciətimizi edəcəyik. O cümlədən Bakı Nəqliyyat Agentliyi ilə də danışıqlar olub. Yəqin ki, bu yaxınlarda nəticə olacaq”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR