30 avq 14:27Oxunub: 188 |

Bakıda kişinin arvadını öldürməsinin səbəbi məlum olub

Bakıda kişinin arvadını öldürməsinin səbəbi məlum olub
Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Emtv.az-ın apa-ya istinadən əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədovun qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürməsi faktı ilə bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən B. Məmmədov polisə gələrək könüllü təslim olub.

B. Məmmədov polisə verdiyi ilkin ifadəsində hadisə baş verən ünvanda həyat yoldaşı və 7 yaşlı oğlu ilə birlikdə kirayədə yaşadıqlarını bildirib.


Qətlə isə ərinin qadının mobil telefonunda masaj salonunda çəkilmiş fotolarını aşkar etməsi səbəb olub.

Onların arasında mübahisə yaranıb, nəticədə B. Məmmədov həyat yoldaşını boğaraq öldürüb.

İstintaq araşdırması zamanı müəyyən edilib ki, Z. Mərifova ərinə çörək sexində işlədiyini desə də, onun masaj salonunda işlədiyi üzə çıxıb.

B. Məmmədov isə həyat yoldaşının harada işləməsindən xəbərsiz olduğunu bildirib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.


***

09.46

Bakıda qətl törədilib.

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə