SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda taxıl əkini sahələrindən 93 min tondan çox məhsul tədarük olunub

30-08-2017, 13:13 | Oxunub: 9 518 |

Naxçıvanda taxıl əkini sahələrindən 93 min tondan çox məhsul tədarük olunub

Muxtar respublikada 2017-ci ilin məhsulu üçün əkilmiş 61 min 531 hektar sahənin 31 min 632 hektarını və yaxud 51,4 faizini taxıl zəmiləri təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, taxıl əkini sahəsinin 22 min 268 hektarında buğda, 9 min 364 hektarında isə arpa əkilib. Əkin sahəsinin 954 hektarı və yaxud 3 faizi Naxçıvan şəhərinin, 4 min 144 hektarı və yaxud 13,1 faizi Şərur, 10 min 420 hektarı və yaxud 33 faizi Babək, 1671 hektarı və yaxud 5,3 faizi Ordubad, 6 min 48 hektarı və yaxud 19,1 faizi Culfa, 4 min 364 hektarı və yaxud 13,8 faizi Kəngərli, 1591 hektarı və yaxud 5 faizi Şahbuz, 2 min 440 hektarı və yaxud 7,7 faizi isə Sədərək rayonlarının payına düşüb.

Bu il muxtar respublikada taxıl əkini sahələrindən 93 min 419 ton məhsul yığılıb ki, bu da 2007-ci ildə yığılan məhsuldan 19 min 50 ton çoxdur. Bu dövr ərzində yığılan məhsulun 66 min 95 tonu buğda, 27 min 324 tonu isə arpadır. Yığılan məhsulun 2 min 604 tonu və yaxud 2,8 faizi Naxçıvan şəhərinin, 13 min 171 tonu və yaxud 14,1 faizi Şərur, 32 min 820 tonu və yaxud 35,1 faizi Babək, 4 min 706 tonu və yaxud 5 faizi Ordubad, 15 min 873 tonu və yaxud 17 faizi Culfa, 12 min 134 tonu və yaxud 13 faizi Kəngərli, 4 min 252 tonu və yaxud 4,6 faizi Şahbuz, 7 min 859 tonu və yaxud 8,4 faizi Sədərək rayonlarının payına düşüb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR