SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BNA 175 saylı marşrut sahibinin müqaviləsinə xitam verdi

30-08-2017, 13:11 | Oxunub: 16 776 |

BNA 175 saylı marşrut sahibinin müqaviləsinə xitam verdi
Bakı Nəqliyyat Agentliyi (BNA) 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti (Şah İsmayıl Xətai metro stansiyası- Hövsan qəsəbəsi) üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verib.

Agentlikdən verilən məlumata görə, 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, onlara vaxtı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin reysə buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, avtobusun salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığına səbəb olub.

Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin “ALO 141” Çağrı Mərkəzinə etdiyi (ümumilikdə 157 müraciət) müraciətlər, həmçinin, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər əsasında 175 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Dəfələrlə Agentlik tərəfindən müvəqqəti istismarı həyata keçirən daşıyıcı şirkətə edilən yazılı və şifahi xəbərdarlığa baxmayaraq, daşıyıcı şirkət tabeliyində olan nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində hər hansı ciddi addım atmayıb. Məhz qeyd edilən amillər nəzərə alınaraq, 175 nömrəli xətt üzrə müvəqqəti istismarı həyata keçirən daşıyıcı ilə olan müqaviləyə xitam verilərək xətt üzrə müvəqqəti sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olunub.

Dəyişikliyə əsasən, sentyabrın 1-dən 175 nömrəli xətt üzrə sərnişindaşımada əsaslı təmir edilmiş avtobuslardan istifadə olunacaq. Yeni daşıyıcıya avtobuslararası intervala ciddi riayət edilməsi, sürücülərin müəyyən olunmuş təlimatlara əməl etməsi, həmçinin, müvəqqəti sərnişindaşımanı müvafiq qanunverciliyin tələblərinə uyğun olmaqla təşkil edilməsi ilə bağlı ciddi tapşırıqlar verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR