SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

FHN: Meşə yanğınları tam nəzarətə götürülüb" - YENİLƏNİB

29-08-2017, 14:37 | Oxunub: 10 676 |

FHN: Meşə yanğınları tam nəzarətə götürülüb" - YENİLƏNİB
Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb.

Emtv.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğınların yayılmasının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ və Oğuzda baş verən yanğınla bağlı məlumat yayıb.

ETSN-dən verilən məlumata görə, avqustun 28-də Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, 29 avqust 2017-ci il tarixində səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib.

Yanğın baş vermiş ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın avqustun 29-da saat 15 radələrində lokallaşdırılıb.

İlkin hesablamalara görə yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

***
12:56

Avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub. Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb. Yanğın saat 20:53-də söndürülüb. Qalan ərazilərdə söndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR