SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda nəqliyyat təsərrüfatı qışa hazırlanır

29-08-2017, 13:55 | Oxunub: 9 517 |

303 avtobus və mikroavtobus, 496 taksi texniki müayinədən keçirilib

Naxçıvanda nəqliyyat təsərrüfatı qışa hazırlanır


Naxçıvan Şəhər Nəqliyyat İdarəsində 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, seminar-müşavirədə Nəqliyyat nazirliyinin nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Yasin Əliyev çıxış edərək bildirib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirdə nəqliyyat-yol kompleksi qarşısına da mühüm vəzifələr qoyulub. Tapşırılıb ki, Nəqliyyat nazirliyi qış aylarında xəttə buraxılacaq nəqliyyat vasitələrinin qrafik üzrə hərəkətinə, Daxili İşlər nazirliyi ilə birlikdə həmin nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir.

Vurğulanıb ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq xüsusi komisiya yaradılıb və bu komisiya nəqliyyatın intensiv hərəkətinin təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Avqust ayının 11-dən 15-dək 303 avtobus və mikroavtobus, 496 taksi texniki müayinədən keçirilib. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması üçün sahibkarlarla maarifləndirmə işi aparılıb.

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin rəis əvəzi İlkin Məmmədov bildirib ki, hazırda avtobusların işlək hissələri və digər mexanizmlərin sazlanması təmin edilir, mühərriklərin yağları dəyişdirilir, avtobusların daxili qızdırıcı sistemləri və digər hissələrdə təmir işləri aparılır.

Nəqliyyat nazirliyinin nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov görülən işlər barədə geniş məlumat verib və bildirib ki, qış aylarında sərnişindaşımada heç bir çatışmazlıq olmayacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR