SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi qeyd olunub

25-08-2017, 14:36 | Oxunub: 9 644 |

Naxçıvanda xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova xalq artisti Əzizağa Məmmədovu 60 yaşının tamam olması münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirilib ki, tanınmış müğənni həyatının 40 ilini musiqi mədəniyyətimizə həsr edib. Müğənni xalq mahnı və təsniflərinin gözəl ifaçısı olmaqla yanaşı, həm də bəstəkar mahnılarının ifaçısı kimi də tanınır.

Natəvan Qədimova bildirilib ki, Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvanımız, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur.

Qeyd olunub ki, xalq artisti Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti kimi Orta Asiya Respublikalarında, Rusiyada, Türkiyədə, İranda və başqa ölkələrdə musiqi mədəniyyətimizi layiqincə təmsil edib. Müğənninin İsveçrədə keçirilən folklor festivalında ifa etdiyi “Azərbaycan maralı” xalq mahnısı alqışlarla qarşılanıb. Müğənni 2009-cu ildə Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərində xalq mahnılarını uğurla ifa edib.

Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.

Tədbirdə Xalq artistinin sənət dostları öz ürək sözlərini bölüşüb, onu səmimi təbrik ediblər.

Tədbirdə tanınmış müğənninin sənət dostlarının ifasında mahnılar və musiqi əsərləri səsləndirilib.

Sonda yubilyar Əzizağa Məmmədov yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını ifadə edib, musiqi mədəniyyətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR