SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada əhalinin meyvə-tərəvəzlə təminatı diqqət mərkəzindədir

25-08-2017, 12:18 | Oxunub: 8 787 |

Muxtar respublikada əhalinin meyvə-tərəvəzlə təminatı diqqət mərkəzindədir

Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam edir.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədarük başlayan dövrdən bu ili avqust ayının 21-dək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş 1624,89 ton məhsul tədarük olunub. Bunun da 1497,08 tonu kartof, 76,37 tonu soğan, 8,6 tonu alma, 40,04 tonu ərik, 2,8 tonu kələm məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 200,3 tonunun satışı həyata keçirilib.

Əhalinin qış aylarında faraş tərəvəz məhsulları ilə təmin olunması da mühüm məsələlərdən biridir. Bu sahəyə göstərilən diqqətin nəticəsində muxtar respublikada 127 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 21 istixana təsərrüfatı fəaliyyət göstərir.

Cari ilin ötən dövrü ərzində istixana komplekslərində 497 ton məhsul istehsal olunaraq istehlak bazarının davamlı təchizatını təmin edib. Bunun 298 tonunu pomidor, 187 tonunu xiyar, 12 tonunu digər tərəvəz məhsulları təşkil edib.

Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 45 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

İstixanalarda yetişdirilən və bazara çıxarılan bütün növ meyvə-tərəvəz məhsullarının təhlükəsizlik göstəricisi olan nitratların yoxlanılması nitrat test vasitəsilə mütəmadi olaraq davam etdirilib, 1250 halda meyvə-tərəvəz məhsullarında nitrat göstəricisi yerindəcə yoxlanılıb.

Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsində, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.

Naxçıvanda bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, istər soyuducu anbar, istərsə də istixana təsərrüfatlarının yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Hazırda muxtar respublikada ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar fəaliyyət göstərir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR