25 avq 11:52Oxunub: 152 |

“Arif Əsgərovun oğlu ilə görüşdüm” – MƏHKƏMƏ

“Arif Əsgərovun oğlu ilə görüşdüm” – MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Mahmud Şəmmədzadə ifadə verib.

O, təqsirləndirilən E.Hüseynova iş görmək məqsədi ilə 35 min dollar veridiyini bildirib. Zərərçəkmiş təqsirləndirilən şəxslə birlikdə nəqliyyat şirkətlərinin birində işlədiyini söyləyib: “Tanışılığımız da orada olub. Bir neçə dəfə kiçik işimiz baş tutub, görülən işlərdən mənə az da olsa, o, qazanc verib. Lakin sonuncu işdə məni çox ziyana saldı. Bu ziyanın altından hələ də çıxa bilmirəm. Axırıncı işi görəndə Emil mənə Gürcüstandan mal gətirməyi təklif etdi. Bunun üçün 35 min dollar istədi. Hətta bu iş üçün bir dəfə də Türkiyəyə getdik. Orada Samed adlı şəxslə görüşdük. Türkiyədə razılaşdıq, amam onun işindən xoşum gəlmədi. Emilə Samedi Bakıya dəvət etməsini bildirdim. Samed Bakıya gəldi, danışdıq. Pulu da Emilə verdim”.

Zərərçəkmiş M.Şəmmədzadə dindirilərkən qeyd edib ki, verdiyi 35 min dollardan 10 minini geri ala bilib: “Şikayətçi olandan sonra istintaq dövründə 25 min zərər gördüyümü bildirdim. 5 min dolları Emilin qardaşı, 4 mini isə anası qaytardı. İndi 16 min dollar ondan alacağım var”.

Daha sonra M.Şəmmədzadə hakimin suallarını cavablandırarkən keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovla da görüşdüyünü bildirib: “Pulu Emilə verəndə o, dedi ki, “iş Elnarındır”. Amma mən Elnarla görüşməmişəm. Problem yaranandan sonra Elnarla görüşdüm. O, bu işlə əlaqəsinin olmadığını söylədi. Emil isə işin Elnarın olduğunu bildirdi”.

Prosesdə şahid qismində Müşfiq Hüseynov da ifadə verib. O, taksi sürücüsü kimi zərərçəkmişlərdən Tural Hüseynovun və təqsirləndirilən E.Hüseynovun işlərini gördüyünü deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
...O, MƏNİM ATAM İDİ
...O, MƏNİM ATAM İDİ
Oxunub: 5437
XƏBƏR LENTİ

Reklam
Məzənnə