21 avq 19:17Oxunub: 604 |

Prezident Mikayıl Cabbarovun yerinə yeni təyinat verdi...

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imalayıb.

Prezident Mikayıl Cabbarovun yerinə yeni təyinat verdi...

Emtv.az xəbər verir ki, sərəncama əsasən, Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

2016 -cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilmişdir.

Ə.Ələkbərov “Qala Həyat” sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Ə.Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb. 1996-2002-ci illərdə “HSBC Bank Middle East” Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə “LFS Financial Systems GmbH” şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb. 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə “Merkuri Konsaltinq” şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə “CİFAL GROUPE” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildən “Qala Həyat” SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində olub.

Qeyd edək ki, 2009-2013-cü illərdə Təhsil naziri Mikayıl Cabbarov bu vəzifədə çalışıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə