SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Muxtar Respublikadan 25 zəvvar müqəddəs Həcc ziyarətinə yola salınıb

21-08-2017, 15:24 | Oxunub: 2 495 |

Muxtar Respublikadan 25 zəvvar müqəddəs Həcc ziyarətinə yola salınıb

Emtv.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında zəvvarları Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarənin rəisi Vüqar Babayev,Naxçıvan Muxtar Respublikasının qazısı Sahib Məmmədov və onların yaxınları yola salıblar.

Qeyd olunub ki, 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi ili elan edilməsi, Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi də dini-mənəvi dəyərlərə ehtiramın nümunəsidir. Muxtar respublikada İslam dininə, mənəvi irsimizə diqqət və qayğı ilə yanaşılır.

Zəvvarlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, şəhidlərimizin ruhuna, xalqımızın rifahı naminə dua edəcəklərini deyiblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR