SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nailin qəza videosunu kim gizlədib? Astan Şahverdiyevin qohumları...

17-08-2017, 14:31 | Oxunub: 9 082 |

Nailin qəza videosunu kim gizlədib? Astan Şahverdiyevin qohumları...

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəzadan sonra qalmaqallı açıqlamalar verən və onları müdafiə edən deputat Astan Şahverdiyevin qohumları ilə bağlı ilginc məlumatlar yayılıb.

Emtv.az avropa.info-ya istinadən xəbər verir ki, Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intelektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.

Qeyd edək ki, hadisə baş verəndən bir gün sonra, deputat Astan Şahverdiyev də Nail Allahverdiyevin hadisə yerində olmadığını, avtomobili onun idarə etmədiyini bildirirdi.

Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hal-hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR