SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

17-08-2017, 10:27 | Oxunub: 8 102 |

2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

Cari ilin ötən 7 ayı ərzində Naxçıvan Muxtar Repsublikasının sosial iqtisadi inkişafını əks etdirən statistik göstəricilər açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, nfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 568 milyon 505 min 800 manat dəyərində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş investisiyanın 535 milyon 220 min 500 manatı və ya 94,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

2017-ci ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,4 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 12452 ton ət, 58589,8 ton süd istehsal edilmiş, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,3 faiz artmışdır.

Bu ilin ötən dövrü ərzində informasiya və rabitə xidmətlərinin dəyəri 29 milyon 246 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 24 milyon 122 min 900 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,8 faiz artmışdır.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 266 min 200 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 2 milyon 712 min 800 manatı və yaxud 20,4 faizi qısamüddətli, 10 milyon 553 min 400 manatı və yaxud 79,6 faizi uzunmüddətli kreditlər olmuşdur.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 avqust 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 61569-a çatmışdır ki, bunun da 52424-ü və ya 85,1 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-iyul aylarında açılmış 18726 bank hesabının 18663-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2017-ci il tarixə 1253-ə çatmışdır.


2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 448 min 700 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz çoxdur.

Cari ilin ötən dövrü ərzində muxtar respublikaya 224 min 936 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz və ya 8652 nəfər çoxdur.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 238 milyon 339 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,3 faiz artaraq 220 milyon 484 min ABŞ dolları, idxalın həcmi 23,3 faiz azalaraq 17 milyon 855 min 600 ABŞ dolları təşkil etmiş, 202 milyon 628 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 10 milyon 750 min manat, onun hər bir nəfərə düşən məbləği isə 0,2 faiz artaraq 2245,6 manat təşkil etmişdir.

Bəhs olunan dövrdə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414,1 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artmışdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR