SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Xatun həmkarlarına söz atdı- "ŞOU BACARMIRSINIZSA, HEÇ OLMASA SƏSİNİZ OLSUN"

14-08-2017, 14:45 | Oxunub: 752 |

Xatun həmkarlarına söz atdı- "ŞOU BACARMIRSINIZSA, HEÇ OLMASA SƏSİNİZ OLSUN"

“Verilişimə elə gəlirlər ki, elə bil “Aşıq Pəri” məclisidir. Gülməli sual verirəm, başlayırlar akademik kimi cavab verməyə. Bəsdirin də, özünüzü mənə göstərməyin. Şou bacarmırsınızsa, heç olmasa səsiniz olsun”.

Emtv.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva deyib.

İfaçı “ATV maqazin onlarla” verilişində açıqlamasında bildirib ki, solo konsert verməyə hazırlaşır:

“Elə müğənni var ki, səhnədə dayananda tamaşaçı diqqətini cəlb edir. Götürək elə Tarkanı, səhnədə bir duruşu ilə hamının diqqətini çəkir.
Açıq havada konsert planlaşdırıram. Bu yay dincəlməyəcəm. Sınaq edəcəm. Konsert ən böyük arzumdur, görüm necə qarşılayacaqlar. İnanıram ki, gələn olacaq. Həm oxuyacam, həm də parodiyalar olacaq. İstəyirəm şou olsun. Sırf konsert darıxdırıcıdır, səhnədə öz ürəyim partlayar. Əsas odur insanları maraqlandırasan, tamaşaçılar yarıdan durub getməsinlər”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR