SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda növbəti əfv fərmanının imzalanması gözlənilir

14-08-2017, 12:57 | Oxunub: 6 236 |

Azərbaycanda növbəti əfv fərmanının imzalanması gözlənilir

Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bunu istisna etməyib.

Onun sözlərinə görə, əfv komissiyası daim fəaliyyətdə olan orqandır. Emtv.az xəbər verir ki, virtualaz.org-un əməkdaşı ilə söhbətində o deyib: “Ölkə prezidenti humanizm prinsiplərini əsas götürərək, mütəmadi olaraq bu cür aktlar imzalayır və mən istisna etmirəm ki, tezliklə əfvlə bağlı fərman imzalana bilər. Həmin sənədin Qurban bayramı ərəfəsində imzalanması da istisna edilmir”.

Əfv fərmanının Qərbin siyasi məhbus hesab etdiyi şəxslərə şamil edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq M.İbrahimqızı bildirib ki, konkret olaraq kimin azadlığa çıxacağı ona məlum deyil.

“İndi bu və ya digər şəxslərin adını çəkmək etikadan kənar olardı. Komissiyanın hüquqları ayrı-ayrı şəxslər üzrə rəylərin hazırlanması barədə qərarın qəbul edilməsi ilə məhdudlaşır. Tövsiyə xarakterli layihə hələlik hazır deyil, müzakirələr davam edir. Lakin bir şeyi deyə bilərəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdə heç kim siyasi baxışlarına görə izlənilmir. Bir zamanlar müxtəlif partiyaların və təşkilatların üzvləri olmuş, lakin sonradan konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var. Onların heç biri siyasi baxışlarına görə mühakimə edilməyib”, – M.İbrahimqızı qeyd edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR