SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Təfəkkür” Universitetinin aqibəti necə olacaq?

14-08-2017, 11:42 | Oxunub: 8 572 |

“Təfəkkür” Universitetinin aqibəti necə olacaq?

Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən “Abituriyent” jurnalının sonuncu nömrəsində ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələrinin adları yer alsa da, “Təfəkkür” universitetinin adı göstərilməyib. Əldə etdiyimiz məlumata görə, universitetə tələbə qəbulun aparılmaması ilə yanaşı, hazırda orada təhsil alan tələbələrinin bir qismi öz universitetlərini dəyişdirmək istəyirlər.

Universitetin aqibəti hələ ki müəmmalı olsa da, rəhbərlik tərəfindən tələbələrdən 2017/2018-ci tədris ilinin təhsil haqqları tələb olunub. Bəs universitetdə qalıb təhsilini davam etdirmək istəyən tələbələrin aqibəti necə olacaq?

Emtv.az xəbər verir ki, qafqazinfo sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdə sorğuya tam cavab verilməsə də, ümumi olaraq bildirilib ki, Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Sabah portalda elektron ərizələrin qəbulu başa çatacaq. Mövcud qaydalara əsasən, hər bir tələbə portalın imkanlarından yararlanaraq təhsil aldığı ali təhsil müəssisəsini və eyni ixtisas qrupu çərçivəsində ixtisasını dəyişmək hüququna malikdir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Təsisçilər Şurası Təhsil Nazirliyinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR