SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir: - 400 BTR, “Smerç”lər, “Qasırğa”lar...

11-08-2017, 13:40 | Oxunub: 16 244 |

Azərbaycan Naxçıvana böyük hərbi qüvvə cəmləyir: - 400 BTR, “Smerç”lər, “Qasırğa”lar...

Azərbaycan strateji əhəmiyyəti olduqca yüksək olan Naxçıvanda böyük hərbi qüvvə cəmləşdirir. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Britaniyada mənzillənmiş “Chatham House” analitik mərkəzinin Rusiya proqramlarının əməkdaşı, azərbaycanlı təhlilçi Zaur Şiriyevin EurasiaNet portalında dərc edilmiş məqaləsində deyilir.

Müəllif xatırladır ki, Naxçıvan Ermənistanın paytaxtı Yerevana və digər strateji hədəflərinə ən yaxın yerləşən Azərbaycan ərazisidir. Bu baxımdan mümkün hərbi əməliyyatlar zamanı Naxçıvan da münaqişəninən qaynar nöqtələrindən biri olacaq.

Azərbaycan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradıb, habelə bu eksklav əraziyə yeni hava hücumundan müdafiə sistemləri, raketlər və artilleriya, o cümlədən “Smerç” reaktiv yaylım atəşi sistemləri, “T-300 Kasırğa” uzaqvuran reaktiv sistemlər, T-122 “Sakarya” qaubitsaları yerləşdirib. Naxçıvan ərazisində vaxtaşırı olaraq Türkiyə ordusu ilə birgə təlimlər keçirilir.


Naxçıvanda böyük hərbi qüvvənin cəmləşdirilməsi Ermənistan tərəfindən diqqətlə izlənilir. “Biz unutmalı deyilik ki, hərbi əməliyyatların bərpa olunması təhdidi qarşısındayıq və düşmənin həmləsi istənilən istiqamətdən baş verə bilər”-müəllif erməni siyasi analitik Melik Şirinyanın bu fikirlərini sitat göstərir.


Bildirilir ki, Naxçıvandakı hərbi birləşmələrin yenidən təchiz olunması və təchizatı 2013-cü ildə Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra başlayıb. Hansı ki, o vaxt Zakir Həsənov Naxçıvandakı hərbi birləşmələrin zabitlərinin sıralarını “silkələyib”, prezident İlham Əliyev muxtar respublikada silahlı birləşmələrin möhkəmləndirilməsinə dair sərəncam verib.

Zaur Şiriyevin yazdığına görə hazırda Naxçıvanda 20 minə qədər hərbçi, o cümlədən on minlərlə ehtiyat qüvvə, 400-ə qədər zirehli transportyor, təyyarələr, hava hücumundan müdafiə və artilleriya sistemləri cəmləşdirilib. EurasiaNet-ə azərbaycanlı zabitlərdən biri anonimlik şərti ilə deyib ki, Naxçıvanda stavka kəmiyyətə yox, keyfiyyətədir. “Dəyişiklik aktiv personalın sayında deyil, strukturda, qüvvələrin hazırlığında və təhlükə zamanı qərarların qəbulunda daha böyük müstəqilliyin təmin olunmasındadır”-mənbə bildirib.

Naxçıvanda hərbi qüvvənin cəmləşdirilməsində Türkiyənin də mühüm rolu var. Türkiyə Qars müqaviləsinə əsasən Naxçıvana qarant ölkədir. Hər il keçirilən hərbi təlimlərlə Türkiyənin Naxçıvan regionundakı rolu və əhəmiyyəti nəzərə çaprdırılır. Bundan əlavə Azərbaycanla Türkiyə arasında centlmen razılaşması da var: təhlükəsizlik məsələləri ilə məşğul olan türk hərbçiləri və mülki şəxsləri Azərbaycana gələndə Naxçıvana da baş çəkirlər.

Müəllif qeyd edir ki, muxtar respublikada hərbi qüvvələrin cəmləşdirilməsi ötən il Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməsindən sonra yeni stimul qazanıb. Belə ki, Ermənistanın “İsgəndər”lərinə qarşı Azərbaycan əsas stavkanı Naxçıvana edir və muxtar respublikadan Ermənistan ərazisinə güclü zərbələr endirilməsini nəzərdən keçirir. Naxçıvan sərhədlərindən Yerevana qədər cəmi 60 kilometr məsafə var. Bu isə o deməkdir ki, Azərbaycanın “Smerç"ləri (90 km mənzilli) və “Qasırğa”ları (100-120 km mənzilli) asanlıqla Ermənistan paytaxtını vura bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR