11 avq 13:27Oxunub: 254 |

Kəngərli rayonunda 400 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilir

Kəngərli rayonunda 400 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilir

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, yay aylarında əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi və sudan itkisiz istifadə diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. İyul ayında muxtar respublikanın rayonlarında 12 kilometr magistral kanal, 42 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənib, 7 kilometr yeni suvarma boru xətti çəkilib, 6 kilometr içməli su xətti təmir edilib.

Yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etmək, su itkisinin qarşısını almaq üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 7290 metr suvarma boru xətti çəkilib.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 9 subartezian quyusunda yeni nasos quraşdırılıb, 6 kəhrizdə təmir-bərpa işləri aparılıb. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda 4500 metr su və 2200 metr kanalizasiya xətti çəkilib, Şahbuz şəhərindəki çirkab sutəmizləyici qurğuda tikinti işləri aparılıb.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1392
XƏBƏR LENTİ

Reklam
Məzənnə