SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Putindən Qərbə gözdağı: Bir səfər, bir cavab

9-08-2017, 14:40 | Oxunub: 6 740 |

Putindən Qərbə gözdağı: Bir səfər, bir cavab

Rusiya Qaradəni zakvatoriyasından məhrum olabilər

Prezident Vladimir Putinin avqustun 8-də separatçı Abxaziya respublikasına səfəretməsi Gürcüstanla Rusiyaarasındakı münasibətlər iyenidən gərginləşdirib.

“Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya rəsmi səfər etməsi Gürcüstanın əleyhinə yönəlmiş siyasətin davamıdır”-belə bəyanatla Gürüstanın Xarici İşlər Nazirliyi çıxış edib.

Gürcüstanın XİN onu da bəyan edib ki, Putinin səfəri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur. Sənəddə həmçinin, Rusiya Federasiyasından Gürcüstanın ərazi bütövlüyü əleyhinə yönəlmiş təxribatçı fəaliyyətinə son qoymaq, suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmaq tələb olunur.

Bəyanatda Rusiya Federasiyasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən 2008-ci il 12 avqustda imzalanmış atəşkəs haqqında sazişə əməl etməsi üçün beynəxalq ictimaiyyətindən təsirli tədbirlər görülməsinin vacibliyi qeyd edilir.

Vladimir Putinin Rusiya silahlı qüvvələrinin 2008-ci il avqustun 8-də Gürcüstana hərbi müdaxiləsinin ildönümündə Abxaziyaya səfər etməsi rəsmi Tiflisə ünvanlanmış siyasi mesaj hesab edilir. Kreml rəhbəri bununla Abxaziya və Cənubi Osetiya münaqişəsinə münasibətdə Rusiyanın güzəştə getmək istəyində olmadığını nümayiş etdirir. Abxaz separatçılarının lideri Raul Xacimba prezident Putinə siyasi və maliyyə dəstəyi göstərdiyinə görə təşəkkür edib.

Abxaziya Rusiya tərəfindən müstəqil dövlət kimi tanınmasına baxmayaraq, beynəlxalq hüquqda Gürcüstana məxsus ərazi subyekti sayılır. Ona görə də NATO-nun Gürcüstandakı rəsmi nümayəndəliyinin rəhbəri Dilan Uayt rəsmi Tiflisin icazəsi olmadan V.Putinin Abxaziyaya səfərinin təəssüf hissi doğurduğunu deyib. Dilan Uayt bildirib ki, Rusiya prezidentinin bu addımı bölgədə aparılan danışıqların sülh yolu ilə həllinin tapılması istiqamətində beynəlxalq səyləri pozur.

Raul Xacimba isə Abxaziyanın müstəqilliyini Rusiyanın tanımasından sonra tərəflər arasında ticarət dövriyyətinin 3,5 dəfə artaraq, 7 milyard rubldan 24,6 milyard rubla çatdığını deyib. Cari ildə Rusiyanın Abxaziyada həyata keçirdiyi investisiya proqramlarının həcmi 2,5 milyard rubla yüksəlib.

Bundan başqa, Rusiya qondarma Abxaziya Respublikası ilə birlikdə təhlükəsizlik və müdafiə istiqamətində vahid hərbi birləşmələr yaratmaq üzərində iş aparır. Bu baxımdan, Putin Abxaziya ərazisindəki Rusiya hərbi bazasının rolunu xüsusi vurğulayıb. Prezident Putin Rusiya və Abxaziya daxili işlər orqanlarının əlaqələndirici vahid informasiya mərkəzinin yaradılmasını turistlərin istirahətinin təmin edilməsilə əlaqələndirsə də siyasi müşahidəçilər bunun başqa motivlərlə əlaqəli olduğuna dair məlumatlar üstünlük təşkil edir. Söhbət bölgədə Rusiyanın geosiyasi maraqlarının müdafiəsi məqsədilə kəşfiyyat-məlumat bazasının gücləndirilməsindən gedir. Siyasi müşahidəçilərin fikrincə, Vladimir Putinin Suxumiyə gəlişi ABŞ-ın vitse-prezidenti Mayk Pensin avqustun 1-də Gürcüstana səfərinə cavab məqsədi daşıyır. Krımın işğalından sonra Şəqri Avropada Rusiya ilə NATO arasında baş verən hərbi-siyasi qarşıdurma Qara dəniz regionunda da geostrateji gərginliyin artması ilə müşahidə olunur. Gürcüstanın Avroatlantik məkana inteqrasiyası NATO-nun Qara dəniz və Cənubi Qafqaz regionunda fəallığının artmasına səbəb olub. Ekspertlərin fikrincə, GUAM-a daxil olan dörd dövlətdən üçünün-Ukrayna, Gürcüstan və Moldovanın NATO üzvlüyünə qoşulmaq səyləri Qara dəniz bölgəsində Rusiyanın strateji mövqelərinin itirilməsi deməkdir. Qara dənizin sahilində yerləşən hər üç post-Sovet ölkəsinin NATO-ya daxil olması Rusiyanın isti sulara yeganə çıxış imkanının itirilməsinə səbəb ola bilər. ƏslindəKrımın ilhaqı da Rusiyanın Sevastopol limanındakı geostrateji mövqeyini qoruyub saxlamaq və NATO-nun bölgədə artan təsirinin qarşısını almaq məqsədi daşıyır. İyul ayında Gürcüstan və ABŞ hərbçilərindən ibarət NATO-nun 2800 nəfərlik təlimlərinin keçirilməsi və bunun ardınca Mayk Pensin Tiflisə səfəri Rusiyanın Qara dəniz sahillərində Qərblə Moskva arasında qarşıdurmanın dərinləşməsi kimi izah olunur. Bu baxımdan prezident Putinin Abxaziyaya səfəri Rusiyanın Qara dəniz akvatoriyasındakı nəzarət zonasını genişləndirmək cəhdindən xəbər verir. Əks təqdirdə, Gürcüstanın və Ukraynanın NATO sıralarına qəbul olunması Rusiya donanmasını Qara dəniz hövzəsinə çıxışdan məhrum edə bilər.

Bu da öz növbəsində Cənubi Qafqazda hərbi və siyasi balansın dəyişməsinə, yəni Dağlıq Qarabağ problemi də daxil olmaqla Rusiyanın bölgədəki geosiyasi təsir imkanlarının əlindən çıxmasına şərait yaratmış olar. Hazırda Gürcüstanın və Ukraynanın NATO-ya daxil olmasının qarşısını alan yeganə vasitə həmin dövlətlərin ərazisində Rusiya tərəfindən yaradılmış hibrid münaqişlələrin mövcud olmasıdır. NATO-nun Gürcüstanda hərbi təlim mərkəzi açması, 2016 və 2017-ci illərdə “Noble Partner” (Layiqli tərəfdaş) hərbi təlimlərini keçirməsi, həmçinin ABŞ-ın Ukraynaya tank əleyhinə raket qurğuları və digər müdafiə silahları vermək barədə qərarı Rusiyanın sərt reaksiyası ilə müşahidə olunur. ABŞ -ın Rusiyaya sanksiyaların sərtləşdirilməsi barədə ötən həftə qanunun qəbul olunmasından sonra dünyanın müxtəlif regionlarında Kremlin əzələ nümayiş etdirəcəyi gözlənilən idi. Ona görə də Rusiya Abxaziyada və Cənubi Osetiyada separatizmi gücləndirməklə Amerikaya qarşı cavab addımı atmaq, eyni zamanda Gürcüstanın NATO-ya inteqrasiyanın qarşısını almaq niyyətini nümayiş etdirir.

Müşfiq Abdulla

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR