SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir

8-08-2017, 11:48 | Oxunub: 8 233 |

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir
130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. İştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumdur.

Mətbuata verilən xəbərə görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır. İştirakçılar Forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözləyir.

Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparmacaqlar. Forum çərçivəsində «Mədəniyyətə axşamı» təşkil olunacaq. Axşamda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcəkdir. Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.

Forumun sədri və hazırki gənc məsləhətçi Jeremi Apert qeyd etdi ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və Hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır. 13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədləri səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir.

Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR