08 avq 11:43Oxunub: 130 |

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub. Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Q. Berdiməhəmmədov rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1377
XƏBƏR LENTİ

Reklam
Məzənnə