SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mütəllibovdan Surət Hüseynova dəstəyin sirri: Hansı ssenari hazırlanır?

7-08-2017, 13:56 | Oxunub: 12 871 |

Mütəllibovdan Surət Hüseynova dəstəyin sirri: Hansı ssenari hazırlanır?
Seçkilər yaxınlaşdıqca Rusiyaya yaxın köhnə qvardiya adamları xortlayırlar. Heç kəsin gözləmədiyi halda Ayaz Mütəllibov da Surət Hüseynova dəstək verib...

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu dəstək açıqlamasının hansı siyasi ssenarinin tərkib hissəsi olduğu yaxın zamanlarda üzə çıxacaq.

Versiyalar və təhlillər Rusiyadakı dairələrin öz 5-ci kolonunu hərəkətləndirdiyini deməyə əsas yaradır. İlin-günün bu vaxtında keçmiş hökumət adamlarının peyda olması adi hal sayıla bilməz.

Ola bilsin ki, hakimiyyətə qarşı bir layihə hazırlanıb və köhnə siyasətçilər meydana çıxarılaraq vitrində bir mənzərə formalaşdırılır.

Onların funksiyası isə sadəcə təhdid və ağalarına xidmətdən ibarət ola bilər. Mesajlar budur - Bakıdan üz döndərmiş Abbas Abbasovun pulları ilə Bakıda müxalifəti fəalaşdırmaq, qiyamçı Surət Hüseynovla hərbi hədələr ünvanlamaq və s.

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov isə sabiq baş nazir Surət Hüseynovun səs-küylü müsahibəsi ilə bağlı deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar:

“Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar.

Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil: Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan.

Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var.

Surət Hüseynovun müsbət əməllərini inkar etmək olmaz. Hərçənd ki, onun bir çox işləri ilə yaxından tanış deyiləm.

Amma bildiyimə görə, Qarabağ məsələsi ilə yaxından məşğul olub və əlindən gələni edib. Bunu inkar etmək olmaz. Qaldı ki ordu məsələsinə, o zaman nizami ordumuz yox idi”.


Eks-prezident sabiq baş nazirin Rusiyanın adamı olması barədə deyilənlərə də münasibət bildirib:

“Surət Hüseynovun Rusiyanın adamı olduğunu söyləməzdən öncə bunu izah etmək lazımdır: agent olduğunu kim isbat edə bilər? Belə danışmağa nə var ki! Bunu qısqanclıqdan da söyləmək olar”.


Bir neçə gün əvvəl sabiq baş nazir Surət Hüseynovun böyük siyasətə qayıdışı mövzusunda ölkənin informasiya məkanında ilk baxışda gözlənilməz xəbərlər peyda oldu.

O da maraqlıdır ki, bundan əvvəl sosial şəbəkələrdə hal-hazırda Türkiyədə emiqrasiyada olan S.Hüseynovun şəkilləri yayılmışdı.

Məhz həmin şəkillərdən sonra jurnalistlər S.Hüseynova onun böyük siyasətə qayıdışı imkanı haqda suallarla müraciət etmişdilər. Ancaq S.Hüseynov özü bu barədə yayılan şayiə və fərziyyələri qəti şəkildə təkzib etmişdi.

Mütəllibova gəlincə, uzun illər Moskvada yaşamış, 2013-cü ildə vətənə qayıtmasına razılıq verilmiş eks-prezidentin S.Hüseynova dəstək verməsi bir mərkəzdən gələn təlimat ola bilər.

Hər ikisi illərlə Rusiyaya yaxın olmuş keçmiş siyasətçilərin vitrində müəyyən fiqurlar kimi rol oynaması mümkündür.

Bir tərəfdən Əliyevin Trampla yüksək əlaqələri, bir yandan Putinin Əliyevə təzyiqləri müşahidə edilir. Hətta politoloq Elxan Şahinoğlu da yazmışdı ki, Rusiya ABŞ-ın qisasını Azərbaycandan alır.

Bakının Vaşinqtonla yaxınlaşması Moskvanın ürəyincə olmayıb. O baxımdan dərhal təzyiq ekspedisiyası hərəkətlənib və Xəzər sularına üzməyə başlayıb.

Bütün bunlar 2018-ci il prezident seçkiləri ərəfəsində ABŞ-la Rusiyanın növbəti “soyuq müharibəsi”nin arsenalı Bakının olacağını deməyə əsas verir.

Kremlin Azərbaycan iqtidarına qarşı özünü “5-ci kolon”unu fəallaşdırmasına heç də Vaşinqotunun oturub tamaşa edəcəyinə inanmaq olmaz.

ABŞ o qədər əfəl və sadəlövh deyil ki, Cənubi Qafqazın yeganə neft ölkəsində keçirilən prezident seçkiləri ərəfəsində hakimiyyəti Moskvanın “cəza maşını” ilə təkbətək buraxsın.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR