SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Vergilər Nazirliyindən müğənnilərə yeni müraciət

7-08-2017, 10:46 | Oxunub: 6 851 |

Vergilər Nazirliyindən müğənnilərə yeni müraciət
Vergilər Nazirliyi müğənniliklə məşğul olan şəxslər üçün yeni bildiriş-müraciət yayıb.

Emtv.az-ın məlumatına görə, bildirişdə deyilir:

"Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərin ödənilməsi, gəlir və xərclərin uçotunun aparılması, vergi hesabatlarının təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir.

Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə çatası vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanı məhkəməyə müraciət etmək hüququna malikdir.

Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən isə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınma cinayət əməli hesab olunur.

Xatırladırıq ki, təqdim etdiyiniz bəyannamələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlardan istifadə edilməklə müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla şəxsi vərəqənizə bərpa olunacaqdır.

Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vaxtında və tam şəkildə yerinə yetirməyiniz Sizə tövsiyə olunur!

Əlavə məlumat almaq üçün qeydiyyatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR