SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Esmamedia TV-də "Ay İşığında" ədəbi verilişi çəkilişlərə başlayır-FOTOLAR

5-08-2017, 15:27 | Oxunub: 15 351 |

Esmamedia TV-də "Ay İşığında" ədəbi verilişi çəkilişlərə başlayır-FOTOLAR
Hörmətli izləyicilərimiz, “Müstəqil Lider” jurnalının baş sponsorluğu, Emtv.az saytının informasiya dəstəyi ilə “Ay İşığında” ədəbi verlişi "EsmaMedia" TV internet kanalında ayda iki dəfə olmaqla görüşünüzə gələcək.

Emtv.az xəbər verir ki, "Müstəqil Lider" ictimai-siyasi, publisistik jurnalının baş sponsorluğu və emtv.az saytının informasiya dəstəyi ilə-tanınmış jurnalist, "Qızıl Qələm" mükafatı lauriyyatçısı Mehbarə xanım Səfərovanın və üç kitab müəllifi, "İraq-Türkmən" yazıçılar birliyinin üzvü, tanınmış şairə, Tahirə xanım Qarabağlının layihə rəhbəri olduğu “Ay İşığında” verlişi Youtub da və "EsmaMedia TV" internet kanalında ayda iki dəfə olmaqla yayıma başlayır.

Verilişin lahiyhə rəhbərləri əməkdaşlarımıza bildiriblərki, Esmamedia TV internet kanalında yayımlanan "Ay İşığında" ədəbi verilişin yaratmaqda məqsədimiz həm tanınmış, həm də yeni-yeni əli qələm tutan gənc yazarlarımızı bu verlişə dəvət etməklə onların istedadını üzə çıxartmaqdır.

Mehparə xanım daha sonra bildirib ki, eyni zamanda da izləyicilərimizin nəzərinə çatdırırıq ki, bizim verlişdə təkcə şair və şairələr deyil, həmçinin bacarıqlı və istedadlı gənclərimizidə növbəti verlişlərimizə dəvət edəcəyik.

Qeyd edək ki, verilişin açılışı münasibəti ilə təbrikə qonaq qismində, tanınmış şairə "Azərbaycan Bayrağı" mükafatı lauriyyatcı Gülbəniz Ağasıyeva, Bəsti Qəribli, Məsimova İradə, tanınmış meyxana ustaları Cavad Laçınlı, Qismət Həsrətli və müğənni Arzu Şabanov da iştirak etmişdilər.

Açılış mərasimin də lahiyənin rəhbərlərindən biri olan, tanınmış şairə Tahirə Qarabağlıya "Qızıl Qələm" media mükafatı təqdim edilərək 5-yaşlı Cəmilə Məsimova gül dəstəsi vermişdir.

Eyni zamanda da Emtv.az-ın əməkdaşlarına Tahirə xanım Qarabağlı eksklüziv müsahibə vermişdir. Həmin müsahibəni olduğu kimi izləyicilərimizin nəzərinə çatdırırıq.

Tahirə xanım, ilk növbədə Sizi növbəti uğurunuz, “Qızıl Qələm” mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edirik!

- Etiraf etməliyik ki, Tahirə Qarabağlı imzası bu gün Azərbaycan oxucusuna kifayət qədər tanışdır, əzizdir və sevimlidir. Sizin müəllifi olduğunuz üç kitabın, mütəmadi olaraq ölkə mətbuatında dərc olunan əsər və digər yazılarınızın da daima öz aktuallığını saxlaması bu oxucu sevgisinin bir təzahürüdür. Həmçinin məlumdur ki, Tahirə Qaradağlı bu gün "İraq-Türkmən" yazıçılar birliyinin də üzvüdür. Yəni Siz həm də beynəlxalq səviyyədə fəaliyyətinizlə tanınırsınız. Belə çoxşaxəli fəaliyyət Sizi yormur ki?

- İlk öncə mən də “Qızıl Qələm” mükafatının təsisçilərinə mənim sənətimə verdikləri dəyərə, yüksək qiymətə görə təşəkkürümü bildirmək istəyirəm. Sağ olsunlar ki, məni seçiblər və bu yüksək mükafata layiq görüblər. Amma təbii ki, hər bir müəllif üçün ən böyük önəm kəsb edən məqam məhz onun öz oxucuları ilə qura bildiyi ünsiyyətin, münasibətlərin hansı səviyyədə olması ilə bağlıdır. Şükürlər olsun ki, mənim oxucularım da ara-sıra onlara təqdim etdiyim əsərlərimi hər zaman kifayət qədər böyük maraqla qarşılayıblar və bəlkə də, mənim özümün gözlədiyimdən daha yüksək qiymətləndiriblər.

"İraq-Türkmən" Yazıçılar Birliyində üzvlüyümə gəlincə, ilk növbədə bunu deyə bilərəm ki, məhz İraq-Türkmənləri etnik mənşələrinə, xüsusilə də dillərinə görə bizə daha çox yaxın olan bir xalqdır. Bu səbəbdən də onların mədəniyyətlərinə inteqrasiya olmaq, onu öyrənmək şəxsən mənim üçün xüsusi maraq kəsb edir. Bundan başqa da, bu gün İraq Türkmənlərinin də dünyaya çatdırmaq istədikləri həqiqətlər kifayət qədər çoxdur. Düşünürəm ki, bu istiqamətdə müəyyən addımlar atmaqla İraqdakı bacı və qardaşlarımıza dəstək olmaq da bizim mənəvi borcumuzdur.

Amma təbii ki, bütün bu deyilənlərə rəğmən, bu gün Azərbaycanımızın öz təcili həllini gözləyən əsas problemi yenə də Qarabağ məsələsidir. Bilirsiniz ki, bu münaqişənin məhz sülh yolu ilə həllinə nail olmaq üçün bu gün Azərbaycanın ölkə rəhbərliyi və ilk növbədə möhtərən prezidentimiz cənab İlham Əliyev yorulmadan çalışır və böyük səylər göstərir. Düşünürəm ki, biz şair və yazıçıların, jurnalistlərin, ümumiyyətlə bütün ziyalıların da ümdə vəzifələri ilk növbədə bütün səylərini erməni qəsbkarlığının bütün dünyada dönə-dönə ifşasına yönəltməkdən və dövlət başçımızın yürütdüyü xarici və daxili siyasətə hər vəchlə dəstək olmaqdan ibarət olmalıdır.

Məhz bu baxımdan da deyə bilərəm ki, əgər mənim bütün ömrüm boyu göstərdiyim və bundan sonra da son nəfəsimə qədər göstərəcəyim fəaliyyətimin dediyim məqsədlərə zərrə qədər də olsa yaxınlaşmağımıza köməyi olubsa, bu zaman mən öz həyatımı əbəs yerə yaşamadığıma əmin ola bilərəm.

Hazırladı: Emtv.az-ın İnformasıya şöbəsinin müdri Türkan Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR