SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qüdsi Osmanov Elmar Məmmədyarova müavin gətirilir

5-08-2017, 13:48 | Oxunub: 9 281 |

Qüdsi Osmanov Elmar Məmmədyarova müavin gətirilir
Təxminən 11 ay əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Qüdsi Osmanovun karyerasında kəskin yüksəliş gözlənilir.

Bu barədə etibarlı mənbədən daxil olan məlumata görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin keçmiş magistri Qüdsi Osmanov bu ilin sonuna kimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun müavini təyin oluna bilər. Məlumatda qeyd olunur ki, bu təyimatda Rusiya ilə yanaşı Azərbaycan hakimiyyətində söz sahibi olan qruplaşmalardan biri, həm də etnik prinsiplər üzərində formalaşmış qrup Qüdsi Osmanovun xarici işlər nazirinin müavini təyin olunmasında maraqlıdır.

Qeyd edək ki, 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş Qüdsi Osmanovun demək olar ki, bütün şüurlu ömrü Rusiya ilə bağlıdır. Keçmiş SSRİ-nin ordusunda hərbi xidmətlə yanaşı Qüdsi Osmanov ali təhslini də Rusiya, keçmiş Leninqirad, indiki Sankt-Peterburq şəhərində alıb. Rəsmi tərcümeyi-halında göstərdiyi məlumata görə, Elmar Məmmədyarovun gələcək müavini əvvəlcə Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini, sonra isə Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirməsi isə Qüdsi Osmanovun Şimal qonşumuzun diplomatik kadrı olmasından xəbir verir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının məzunlarının Moskvanın maraqlarının əleyhinə getməsi, Rusiyanın əleyhidarına çevrilməsi hallarına faktiki olaraq rast gəlmək mümkün deyil. Akadmiya məzunlarına alışan Rusiyanın maraqlarını özlərinin şəxsi maraqlarından belə üstün tutmaq refleksi aşılanır.

Məlumata görə, Rusiya Federasiyasının XİN nəzdində Diplomatik Akademiyasının pedoqoji heyyəti məzunlarının Moskvaya xüsusi xidmət orqanlarının Andropov Akademiyasının məzunlarından daha sədaqətli olması ilə xüsusi qürur hissi keçirir və bunu virğulamaqdan qürur duyurlar. Buna görə, Azərbaycanda bir çoxları haqlı olaraq Qüdsi Osmanovun Azərbaycanın maraqları ilə Rusiyanın maraqları toqquşan zaman Bakının maraqlarını Moskvanın maraqlarından üstün tutacağına şübhə edirlər. Ancaq görünür bu məqam Qüdsi Osmanovun nazir müavini təyin olunmasına çalışan qruplaşmanı narahat etmir. Qüdsi Osmanovun regionçuluq prinsipləri əsasında mənsub olduğu hakimiyyət daxili qruplaşma isə özünün kadrlarını ali hakimiyətdə daha çox mövqelərə yerləşdirməkdə o qədər israrlıdır ki, kadrların Azərbaycan milli dövlətçiliyinə bağlılığının olub-olmamsına önəm vermir. Hətta bəzi siaysətçilər etnik prinsiplər əsasında formalaşan bu qruplaşmanın Azərbaycan milli dövlətçiliyi anlayışından çox uzaq olduğunu dəfələrlə bəyan ediblər. Qüdsi Osmanovun maliyyə fırıldağından tutmuş ictimai sektor təmsilçisini döyməsinə kimi qalmaqallar da görünür heç kimi narahat etmir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR