SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakı Biznes Universiteti KORRUPSİYADAN BOĞULUR

3-08-2017, 14:14 | Oxunub: 10 553 |

Bakı Biznes Universiteti KORRUPSİYADAN BOĞULUR
Bakı Biznes Universitetinin aqibəti də ABU (Azərbaycan Beynəlxalq Universiteti) kimi olacaqmı?

Bakı Biznes Universitetindən məzun olmuş köcürülmə ilə gələn tələbələr indiyə kimi niyə öz diplomlarını ala bilmirlər? Bakı Biznes Universitetində saxtakarlıqlar və koorupsiya halları baş alıb gedir. Bunların qarşısı niyə alnmır? İl ərzində dəfələrlə Jurnal və İmtahan vərəqələri dəyişdirilir. Niyə? Səbəb? Məqsəd? Təhsil Nazirliyinin nümayəndəsi İlyar Vahabov sənədləri yoxlamağa gələndə bunları görmürdümü? Niyə ciddi tədbir görülmürdü?

Qiyabi şöbəsində təhsil alan bir qrup üzrə 37 nəfərdən ibarət tələbələrdən, sessiya zamanı auditoriyada yalnız maksimum 13 nəfərdən ibarət tələbə görmək mümkün idi. Lakin sessiyanın yekununda imtahan vərəqələrində bu say 30 – a gəlib çıxırdı. Bu tələbələr imtahan sessiyasında iştirak etməyərək necə oldu ki, qiymət almağa müvəffəq oldular? Əlbəttə ki, dəyişdirilən İmtahan vərəqələrinin sayəsində.

İllərlə universitetin qapısını tanımayan tələbə sonda Dövlət Attestasiya İmtahanında xala – xətir qalmasın deyə iştirak edib, universitetdən məzun olaraq, diplom ala bildilər. Lakin il boyu sessiyalarda və imtahanlarda iştirak edən tələbələr indiyədək diplom ala bilməmişlər. Günahı isə Təhsil Nazirliyinin üzərinə qoyulur. Sessiya başlananda təhsil haqqını qəpiyə qədər ödətdirib auditoriyaya buraxan universitet indi niyə günahı Təhsil Nazirliyində görür? Təhsil haqqını yarısını ödəyib, qalan hissəsini ödəməyən tələbələrə bir gün belə möhlət verməyərək imtahana buraxmayıb, kəsrə saxlayaraq, məcburi universitetin kassasına kredit ödətdirilirdi. Bu universitetdə özbaşınalıqlar baş alıb gedir. Universitetin rektoru iqtisad elmləri doktoru, professor İbad Musa oğlu Abbasov və Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Çingiz oğlu Cabbarovun bu işlərdən xəbəri varmı?

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR