03 avq 13:16Oxunub: 150 |

Rusiya dünya çempionatının ev sahibliyindən məhrum ola bilər

Rusiya dünya çempionatının ev sahibliyindən məhrum ola bilər
Bir qrup amerikalı senator FİFA-ya müraciət edərək 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün obyektlərin tikintisindəki əmək şəraitinin araşdırılmasını istəyib.

“RİA Novosti”nin verdiyi məlumata görə, müraciətdə bildirilir ki, FİFA fəhlələri və idmançıları məcburi əməkdən qoruyaraq insan haqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir: “Dünyanın ən önəmli idman hadisəsi planetin ən zəif insanlarının çiyinlərində qurula bilməz”.

Senatorlar hesab edir ki, əmək hüquqlarının pozulması faktları təsdiqlənərsə, Rusiya dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum olunmalıdır.

Müraciəti respublikaçı və demokrat senatorlar – Marko Rubio, Bob Menendez, Riçard Blumental, Emi Klobuşar, Kori Qardner, Ed Marki, Şerrod Braun və David Pardyu imzalayıblar. Bu, senatorların bu yöndə ilk addımı deyil. Suriyanın İdlib vilayətində kimyəvi hücum hadisəsindən sonra senator R. Blumental FİFA-ya məktub yazaraq Bəşər Əsəd rejiminə dəstək verən Rusiyanın dünya çempionatını təşkil etmək hüququndan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, bir müddət əvvəl “The Guardian” qəzeti Rusiyada stadionların tikintisində iştirak edən şimali koreyalı fəhlələrin hüquqlarının pozulması ilə bağlı FİFA prezidenti Canni İnfantinonun məktubunu dərc edib. Lakin bir qədər sonra təşkilatdan bildiriblər ki, FİFA monitorinq qrupu araşdırma aparıb və obyektlərdə Şimali Koreyadan olan fəhlə aşkarlanmayıb.

Rusiyada dünya çempionatı 2018-ci ilin 14 iyun – 15 iyul tarixləri arasında keçirilməlidir. Oyunlar Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Samara, Kazan, Nijnıy Novqorod, Soçi, Yekaterinburq, Saransk və Rostovda oynanacaq.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Faiq ƏHMƏDOV:
Faiq ƏHMƏDOV: "Esmamedia TV"-i İnternet kanalının yeni studiyasının açılmasında əsas məqsədimiz maddi çətinliklər səbəbilə hələ də cəmiyyətimizə təqdim olunmamış sənət adamlarının, şair və yazarların işlərinə dəstək olmaqdır-FOTOLAR-VİDEO
Oxunub: 535
XƏBƏR LENTİ

Reklam
Məzənnə