SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ayaz Mütəllibov Surət Hüseynovu müdafiə etdi – “Ona ləkə atmaq yanlışlıqdır”

3-08-2017, 13:05 | Oxunub: 11 315 |

Ayaz Mütəllibov Surət Hüseynovu müdafiə etdi – “Ona ləkə atmaq yanlışlıqdır”
Son günlərdə mətbuata verdiyi müsahibələri və sosial şəbəkələrdə yayılan fotoları ilə gündəmə gələn sabiq baş nazir Surət Hüseynov qalmqallı fikirləri ilə səs-küyə səbəb olub.

Emtv.az xəbər verir ki, ölkə.az-a müsahibədə əsas diqqətçəkən məqam S.Hüseynovun 1992-93-cü illərdə mövcud olmuş AXC-Müsavat hakimiyyəti barədəd söylədikləridir. O, AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxsləri ən ağır formada ittiham və təhqir edib, hətta özünün iddiasına görə, “azad etdiyi Azərbaycan torpaqları AXC-Müsavat iqtidarı tərəfindən ermənilərə satılıb”.

“Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara şəxsi cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik, Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Surət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə. Ağıllarına gələni danışırlar. Bunları bazara çıxartsan, heç 3 qəpiyə də satmaq olmaz. Əvvəla, bu adamlar gedib öz keçmişlərinə baxsınlar ki, kim olublar. Sonra başqasına çamur atsınlar. Özlərinə düzgün qiymət verə bilmirlər, mənim haqqımda ”savadsız idi” və sairə fikirlər səsləndirirlər. Sual edirəm ki, siz savadlı olub nə etmisiniz? Bu millətə, dövlətə bağışlanmaz xəyanətlər etmisiniz. Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar”.


Qiyamçı eks-baş nazirin bu açıqlamasına sabiq prezident Ayaz Mütəllibov da seyrçi qalmayıb. Emtv.az xəbər verir ki, o, modern.az-a açıqlamasında Surət Hüseynova haqq qazandırıb və deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar:

“Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar. Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil. Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var.
Surət Hüseynovun müsbət əməllərini inkar etmək olmaz. Hərçənd ki, onun bir çox işləri ilə yaxından tanış deyiləm. Amma bildiyimə görə Qarabağ məsələsi ilə yaxından məşğul olub və əlindən gələni edib. Bunu inkar etmək olmaz. Qaldı ki ordu məsələsinə, o zaman nizami ordumuz yox idi”.


Eks-prezident sabiq baş nazirin Rusiyanın adamı olması barədə deyilənlərə bu formada cavab verib:

“Surət Hüseynovun Rusiyanın adamı olduğunu söyləməzdən öncə bunu izah etmək lazımdır. Agent olduğunu kim isbat edə bilər? Belə danışmağa nə var ki! Bunu qısqanclıqdan da söyləmək olar”.

“Heç Surət Hüseynovla Moskvada görüşünüz baş tutubmu” sualına Ayaz Mütəllibovun cavabı belə olub:

“Bir dəfə Moskvada görüşdük. Mənim ona deyiləsi sözüm yox idi. Hər halda söhbətimiz oldu. İndi dediklərinin əksəriyyətini o zaman da demişdi. Böhtan olduğunu dilə gətirməklə haqqında yanlış fikirlər söylədiyini bildirmişdi.
Hətta bir dəfə Nazirlər Kabinetinin iclasında tənqid etdim ki, Yevlax kombinatında əyri-əskikliklər var. Bu məsələ Surət Hüseynova da çatmışdı. O da bu sözlərimdən incimişdi. Mənsə sadəcə, istintaqın kimin günahkar olub-olmadığını göstərəcəyini demişdim”
.

Surət Hüseynovun qalmaqallı açıqlamalar verməsinin hansı məqsədi daşımasına gəlincə, Mütəllibov bunları deyib:

“Onun uzun illərdən sonra belə açıqlamalar verməsinin hansı məqsədi daşıdığını deyə bilmərəm. Bəlkə də təəssüflənir. Bəlkə, incikliyi hələ də qalır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR