SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda qanunsuz sahibkarlıq halları aşkar edilib

2-08-2017, 14:51 | Oxunub: 6 852 |

Azərbaycanda qanunsuz sahibkarlıq halları aşkar edilib
Bakıda keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi orqanlarında qeydiyyata durmadan qanunsuz sahibkarlıqla məşğul olma halları aşkar edilib.

Emtv.az xəbər verir ki, bu barədə report-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, vergi orqanları iyulun 24-də paytaxtın Nizami rayonunda, Keşlə qəsəbəsi, Köndələn eninə 4-cü küçə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 2000 kvadratmetr olan mebel sexində vergi nəzarəti tədbirləri həyata keçilib. Bu zaman həmin obyektdə Türkiyə vətəndaşı Uğur Safi Mustafanın vergi orqanında uçota durmadan mebel istehsalı ilə məşğul olduğu və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyi üzə çıxıb.
Uğur Safi təqdim etdiyi izahatında bu fəaliyyətlə vergi orqanında uçota durmadan məşğul olduğunu, eləcə də 16 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb etdiyini bildirsə də, götürülmüş sənədlərə əsasən müəyyən olunub ki, həmin obyektdə təkcə istehsalla əlaqədar işlərə 31 nəfər əmək müqaviləsi olmayan işçi cəlb edilib. Obyektdə olan işçilər nəzarət tədbirini həyata keçirən vergi orqanı əməkdaşlarına izahat verməkdən boyun qaçıraraq obyekti tərk etsələr də, sonradan vergi orqanlarının uçot-baza məlumatlarına əsasən həmin işçilərin şəxsiyyətləri müəyyən edilib.


İyulun 25-də həmin ərazidə keçirilmiş növbəti vergi nəzarəti tədbiri zamanı Uğur Safiyə məxsus olan vergi orqanında uçotda qoyulmamış daha 2 mebel istehsalı sexi (sahələri müvafiq olaraq 1000 kv.m və 900 kv.m olmaqla), sahəsi 60 kv.m. olan mebel aksesuarları anbarı, sahəsi 180 kv.m. olan köhnə mebellerin saxlanıldığı anbar, 2 hazır məhsul saxlama anbarı (sahələri müvafiq olaraq 700 kv.m. və 600 kv.m. olmaqla) və 3 otaqlı ofis müəyyən edilib. Qeyd olunan obyektlərdən 2 ədəd kompüter və xeyli sayda qara mühasibatlıq sənədləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülərək müvafiq aktla rəsmiləşdirilib. Qeyd olunan obyektlərdə keçirilən vergi nəzarəti tədbirləri zamanı ümumilikdə 701 min manat dəyərində (270 min manat dəyərində avadanlıq, 240 min manat dəyərində hazır mebel məhsulları, 191 min manat dəyərində isə xammal materialları) uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.

Aparılmış araşdırmalar zamanı, Uğur Safinin digər bir Türkiyə vətəndaşı Zengin Hakanla ticarət əlaqələri təhlil edilib və Uğur Safinin sözügedən mebel sexində istehsal olunan mebelləri heç bir sənəd təqdim etmədən, satış dövriyyəsini uçotdan gizlədərək Zengin Hakana təqdim etdiyi müəyyən edilib. Sonuncu isə öz növbəsində, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 41a ünvanında yerləşən ona məxsus “VİVA-RİVA” adlı mebel mağazasında həmin malların satışını həyata keçirib. İyul ayının 28-də Zengin Hakana məxsus “VİVA-RİVA” adlı mebel mağazasında keçirilən vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işləri (xidmətləri) yerinə yetirildiyi, habelə 90 min manat dəyərində uçotdan gizlədildiyi müəyyən edilib, sənədsiz mallar aşkar edilərək müvafiq qaydada rəsmiləşdirilib.


Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Uğur Safi qanunsuz olaraq fəaliyyət göstərdiyi mebel sexini "Azinşaatservis" ASC-dən müvafiq icrarə müqaviləsinə əsasən icarəyə götürüb. Obyektin faktiki sahəsi 5000 kv.m-dən çox olmasına baxmayaraq, icarə müqaviləsində 1000 kv.m., aylıq icarə haqqının faktiki məbləği isə 4500 manat olmağına baxmayaraq, müqavilədə 1400 manat kimi rəsmiləşdirilib.
Sözügedən ünvanda icarəyə verilmiş obyektlərdə aparılan vergi nəzarəti tədbirləri zamanı “Azinşaatservis" tərəfindən bir sıra vergi ödəyicilərinin həmin obyektlərdə qanunsuz sahibkarlıqla məşğul olması faktları da aşkar edilib. Belə ki, Qurbanov Saleh Vəzir oğlunun ayaqqabı istehsalı sexində, Vəliyev Rəşad Tahir oğlunun dəmir profil istehsalı sexində, Heydərov Vusal Şahin oğlunun taxta qapıların boyadılması sexində vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, habelə İbrahimov Kamran İbrahim oğlunun taxta qapıların istehsalı sexini, Dəmirov Sübhan Kamran oğlunun döşək istehsalı sexini, Tağıyev Əli Teyyub oğlunun isə istehsal sexini vergi orqanında uçota qoymadan sahibkarlıq fəaliyyəti göstərdikləri aşkar edilərək həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.


Qeyd olunanlarla əlaqədar, Uğur Safi Mustafanın, eləcə də Zengin Hakan və "Azinşaatservis"in fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə qeyd olunan sahibkarlıq subyektlərində səyyar vergi yoxlaması həyata keçirilir, yoxlamanın nəticəsinə dair aşkar olunan cinayət əməlləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-istintaq təbdirləri aparılacaq.
Nazirliyin açıqlamasında o da deyilir ki, Vergilər Nazirliyi vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi, o cümlədən, vergi orqanında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, mallarını və pul vəsaitlərini uçotdan gizlədən, habelə dövriyyələrini gizlədərək vergidən yayınan şəxslərin aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir və bir daha xəbərdarlıq edir ki, qanun pozuntularına yol verilməsi və vergidən yayınma hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR