SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

2-08-2017, 11:34 | Oxunub: 8 817 |

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar RespublikasıMədəniyyət və Turizm Nazirliyində 2017-ci ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Natəvan Qədimova hesabat məruzəsi ilə çıxış edib.

Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məruzəsində Mədəniyyət və Turizm Nazirliyinin qarşısında da mühüm vəzifələr qoyulub.

Nazir cari ilin 6 ayı ərzində görülən işlər barədə danışarkən qeyd edib ki, muxtar respublikanın mədəni-maarif ocaqlarındakütləvi tədbirlərin forma və metodlarına diqqət yetirilərək müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, oxucu konfransları, ədəbi-bədii gecələr, açıq dərslər, ustad dərsləri keçirilib və sərgilər təşkil edilib. Həmçinin əhalinin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə tamaşalar, filmlər göstərilib, konsertlər təşkil edilib, festival və müsabiqələrin keçirilməsi də diqqətdə saxlanılıb. Bu tədbirlərin sayı 1000-dən çox olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2016-2017-ci tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən keçirilən 10 distant dərsə internet vasitəsilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulub.

Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılıb. 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə aid təşkilatlarla birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə bağlı, “Naxçıvan-2018. İslam Mədəniyyətinin paytaxtı” saytının, “Möminə Xatın Türbəsi” və “Nuh peyğəmbərin məzarüstü türbəsi” bukletlərinin, “Gəmiqaya” albom-kataloqunun hazırlanması istiqamətində iş davam etdirilib, “İslam Mədəniyyəti Abidələri” kataloqunun hazırlanması üçün materiallar toplanılıb.

İclasda Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kirabxanasının direktoru Aytəkin Qəhrəmanova, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev, mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova, Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR