SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

NAZİR GÜLƏŞÇİLƏRƏ PUL VERMƏKDƏN İMTİNA EDİR – “Maaş vermək öhdəliyimiz yoxdur”

1-08-2017, 09:49 | Oxunub: 6 545 |

“Güləş Federasiyası həm etiraf, həm də ittiham edir“
NAZİR GÜLƏŞÇİLƏRƏ PUL VERMƏKDƏN İMTİNA EDİR – “Maaş vermək öhdəliyimiz yoxdur”
Yığma üzvlərinin etirazı ilə bağlı yaranan qalmaqala Azərbaycan Güləş Federasiyası rəsmi münasibət bildirilib. Federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir.

Öncə federasiyanın dövlət hesabına deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə fəaliyyət göstərdiyi qeyd edilib: “Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır və öz fəaliyyətini məhz “İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkədə yığma komandaların heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdı. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadı. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldı, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır”.

Bəyanatda federasiyanın yığmaya cəlb edilən idmançılara maaş vermək öhdəliyinin olmadığı vurğulanmaqla yanaşı, onların müxtəlif yarışlardakı nailiyyətlərə görə mükafatlandırıldığı da yazılıb: “İctimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdu. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.

Sonda federasiyada bəzi problemlərin olduğu etiraf edilib, həmçinin idmançılara müraciət ünvanlanıb: “Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdi və tezliklə aradan qaldırılacaq. Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan naliyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındı və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcək”.

Emtv.az qeyd edir ki, Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur. Bu haqda daha geniş yazını bu linkdə oxuya bilərsiniz.

NAZİR GÜLƏŞÇİLƏRƏ PUL VERMƏKDƏN İMTİNA EDİR – “Maaş vermək öhdəliyimiz yoxdur”

Emtv.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov ölkə.az-a müsahibəsində güləşçilərin qaldırdığı problemlərin mövcudluğunu etiraf edib : “Güləşçilərimizin qaldırdığı məsələni hamı bilirdi. Bu problem təkcə onların üzləşdiyi məsələ deyil. Nazirlik və Federasiyanın da bu problemdən məlumatı var. Onun üçün də səbr etmək lazım idi…
Doğrudur, təlim-məşq toplantıları əvvəlki illərlə müqayisədə bu il az olub. Bunun səbəbi maliyyə problemləri ilə bağlıdır. Hazırda bu problemin həlli üçün müvafiq yollar axtarılır.”

NAZİR GÜLƏŞÇİLƏRƏ PUL VERMƏKDƏN İMTİNA EDİR – “Maaş vermək öhdəliyimiz yoxdur”

Vitse-prezident Elçin Cəfərov məsələdən nazir Fazil Məmmədovun da xəbəri olduğunu deyib: “Məsələdən Fazil müəllimin də xəbəri var. İnşallah bu məsələ də öz həllini tapacaq.”

Ancaq maraqlıdır ki, nazirin güləşçilərin bəyanatına heç bir reaksiya vermədiyini bildirib. “Fazil Məmmədov sizinlə əlaqə saxlayıb, problemin kökü ilə maraqlanıbmı?” sualına: “Xeyr, əlaqə saxlamayıb. Yəqin ki, bu günlərdə rəhbərlik səviyyəsində məsələyə reaksiya veriləcək. Hesab edirəm ki, hər şey yaxşı olacaq”.

Bu gün verilən bəyanatdan isə belə məlum olur ki, hələlik maaş olmayacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR