SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Vurulan” naziri Naxçıvanı tərk etməyə qoymadılar - ƏHMƏD ƏHMƏDOV HAVA LİMANİNDAN GERİ QAYTARILDI

31-07-2017, 12:50 | Oxunub: 2 474 |

“Vurulan” naziri Naxçıvanı tərk etməyə qoymadılar - ƏHMƏD ƏHMƏDOV HAVA LİMANİNDAN GERİ QAYTARILDI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamı ilə vəzifəsindən azad edilən daxili işlər naziri Əhməd Əhmədovu Naxçıvanı tərk etməyə icazə verilməyib.

Emtv.az xəbər verir ki, bu barədə mətbuatı Muxtar Respublikadakı mənbələr məlumatlandırıb. Məlumatda bildirilir ki, Naxçıvan hava limanından Bakıya uçmaq istəyən sabiq nazir geri qaytarılıb.

Öz növbəsində isə Əhməd Əhmədov səhhətində problem olduğunu və müalicə üçün Bakıya gəlmək istədiyini desə də qərar dəyişməyib.

Onu da qeyd edək ki, hələ 20 gün əvvəl Gununsesi.info olaraq, Naxçıvanın DİN rəhbərinin “vurulacağını” yazmişdıq.

Onu da qeyd edək ki, Azərbaycan DİN-nin yüksək rütbəli heyətindən ibarət qrup Naxçıvan Muxtar Respublikasının DİN-nin fəaliyyətini araşdırıb. Araşdırmalar zamanı Əhməd Əhmədovun vətəndaşların hüquqlarını pozması, şikayətlərə baxılmasındakı qanunsuzluqlar ortaya çıxıb.

Bu yoxlama isə Ali Məclis sədrinin istəyi ilə baş tutub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR