SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda daha bir qəsəbə büsbütün söküləcək

31-07-2017, 10:52 | Oxunub: 10 042 |

Bakıda daha bir qəsəbə büsbütün söküləcək
Yaxın günlərdə Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Emtv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına “Şanxay” sakinlərinin özləri məlumat veriblər.

“Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.

Qəsəbə sakini Süleyman Məmmədov deyir ki, evləri qeydiyyata alanlar söküləcək evlərə görə ödəniləcək məbləği açıqlamır, bu isə sakinlərin narahatlığına səbəb olub. “Suallarımıza cavab ala bilmirik, heç kim kvadrat metrə görə nə qədər ödəniləcəyini demir. Bəziləri 1000, bəziləri isə 1200 manatdan ödəniləcəyini söyləyir. Bundan əlavə, həyət, qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmayacağını da öyrənə bilmirik”, – Məmmədov qeyd edib.

Nizami Rayon İcra Hakimiyyətindən deyiblər ki, “Şanxay” qəsəbəsində evlər dəmiryolu xəttinin üstündə yerləşdiyindən söküntü işlərinə də Dövlət Dəmir Yolu İdarəsi QSC baxacaq.

DDYİ-dən isə suallarımıza cavab ala bilmədik.


Qeyd edək ki, “Şanxay”da – Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR