26 iy 15:04Oxunub: 143 |

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvanın turizm potensialı haqqında məlumatlandırılıb

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvanın turizm potensialı haqqında məlumatlandırılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici tədbir keçirilib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nərmin Səfərova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında zəngin mədəni tarixi irs, əlverişli coğrafi mövqe və digər mühüm amillər turizmin inkişaf və perspektivlərinə geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ayaz Əliyev çıxışında muxtar respublikada müalicə turizminin inkişafı üçün böyük potensialın mövcudluğundan bəhs edib.

Tədbir iştirakçılarına “Naxçıvanda Müalicə Turizmi” adlı slayd nümayiş olunub.

Sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib. Baş həkim Zülfiyyə Həsənova mərkəzin fəliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, burada müxtəlif növ xəstəliklərin müalicəsi həyata keçirilir.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə