SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kərəm Həsənov - Əhəd Abıyev qırğını qızışdı - Təfərrüat

26-07-2017, 14:28 | Oxunub: 13 944 |

Kərəm Həsənov - Əhəd Abıyev qırğını qızışdı - Təfərrüat
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Daşkəsənin icra başçısı Əhəd Abıyevin qovğası qızışdı.

Bu barədə mətbuata verilən məlumata görə, komitə sədri ilə icra hakiminin çoxdankı ədavəti Ə.Abıyevin kürəkənini vəzifədən azad etməklə alovlanıb.

Emtv.az xəbər verir ki, belə ki, cenubxeberleri.com komitənin 8 saylı Ərazi İdarəsinin Masallı rayon şöbəsinin rəisi Cəfər Gözəlovun tutduğu vəzifədən azad edildiyini yazıb.


Onun öz ərizəsi ilə işdən çıxmasını vurğulayan sayt iddia edir ki, bu günlərdə şöbədə ciddi yoxlama aparılıb.

Elə bu yoxlamaların da şöbə müdirinin ərizə yazıb, işdən getməsinə səbəb olduğu ehtimal olunur. Cəfər Gözəlovdan boşalan posta hələlik təyinat olmayıb.

Vəzifəsi ilə vidalaşan C.Gözəlov Daşkəsənin icra başçısı Ə.Abıyevin bacısının həyat yoldaşıdır. Bu da əslində, komitə sədri ilə icra başçısı arasında münasibətlərin yeni müstəvidə gərginləşməsi ilə müşayiət olunub.

Məlumata görə, K.Həsənovla Ə.Abıyevin davası Daşkəsəndəki filiz kombinatından başlanır.

Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir.

Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.

Ə.Sadıqov Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin adamıdır. Kərəm Həsənov bu regionda Filizsaflaşdırma Kombinatına öz kadrını yerləşdirməklə filiz yataqlarını alt-üst etməkdədir.

Kombinat direktoru Ə.Sadıqov isə K.Həsənovdan savayı heç kimə hesabat vermir. Hətta icra başçısını belə hesab verəcəyi subyekt saymır.

Mənbə qeyd edib ki, K.Həsənovun nəzarətindəki firmalardan biri 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb.

Dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb.

Həmin gürcü firması isə malları Çinə satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib.

Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir.

Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR